Şou
Məşhur müğənni Kənan MM-in qolunu sındırdı
A
00:01 05.12.2014



"AzerFax"ın verdiyi xəbərə görə, proqramın finalında müğənni Vüqar Muradovla rinqdə qarşılaşan rejissor Kənan M.M-in (Mahmudov) qolu çıxıb. Qolu çıxan rejissorun köməyinə isə təcili yardım həkimləri gəlib. Hadisə yerinə gələn həkimlər Kənanın mübarizəni davam etdirməsinin mümkünsüz olmadığını bildiriblər.

Onu da əlavə edək ki, 5 raunddan ibarət olan görüşün 4-cü raundundan sonra hesab 2-2 olub. Görüşün bitməsinə 30 saniyə qalmış Kənan M.M qolunun çıxdığına görə mübarizəni davam etdirə bilməyib.

Rejissor sonda görüş barədə öz təəssüratlarını bölüşüb: “Əzizlərim, 4 raund Vüqar qardaşla var gücümlə döyüşdüm. Beşinci raundun bitməsinə 30 saniyə qalmış çiynim iki dəfə çıxdı və hakimlər heyəti qələbəni avtomatik olaraq Vüqar qardaşa verdilər. Halal xoşun olsun, ana südü kimi. Qismət sənindir. Haqqınızı halal edin”.

Onu da əlavə edək ki, finalda qalib olan V.Muradov 20 min manat pul mükafatı qazanıb. Hədiyyəni qazanan müğənni göz yaşlarına hakim ola bilməyib. Ağlayaraq öz fikirlərini bölüşən Vüqar ona dəstək olan hər kəsə çox sağ ol deyib.

Qeyd edək ki, aparıcılığını Azər İsmayılov etdiyi yarışmanın münsiflər kürsüsündə əməkdar artist Cavanşir Məmmədov, müğənnilər Ayaz Qasımov, Elariz Məmmədoğlu, Niyam Səlami, aparıcı Elnur Kərimov, Rəşad Kəsəmənli,  və digər idman ustaları əyləşmişdi.

Baxılıb: 771