Şou
Afaq Bəşirqızı yenidən səhnəyə qayıtdı
A
00:01 05.12.2014

"AzerFax" Qafqazinfo - ya istinadən xəbər verir ki, bu barədə Trend Life-a teatrın mətbuat xidmətindən məlumat veriblər.

Dörd illik fasilədən sonra "Bankir adaxlı"nı səhnələşdirmək xalq artisti Afaq Bəşirqızına həvalə edilib. Tamaşa anşlaqla keçib.

Teatrda əhəmiyyətli hadisə isə milyonların sevimlisi Afaq Bəşirqızının iki illik fasilədən sonra yenidən səhnəyə qayıtması olub. Qeyd edək ki, 2012-ci ilin sentyabr ayında "7 məhbusə anası" tamaşasından sonra aktrisa ürək-damar sistemində çatışmazlıq diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, sonradan əməliyyat olunmuşdu.

Tamaşada Afaq Bəşirqızının tərəf müqabili Çingiz Əhmədov olub. Tamaşada Məhərrəm Qurbanov, Elnarə Nağdəliyeva, Gülnarə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Əliməmməd Novruzov, Səmədzadə Haşiyev, Türkel Şabanova və başqa aktyorlar da rol alıblar.

Qeyd edək ki, tamaşanın ilk premyerası ilk dəfə 2000-ci ildə səhnələşdirilib. Quruluşçu rejissor Faiq Zöhrabov olub.

Baxılıb: 900