Şou
Rəhman Rəhmanov: "Oğlum ruhi xəstədir"
A
00:01 05.12.2014

"AzerFax" Qafqazinfo -ya istinadən xəbər verir ki,  Sadiqə adlı xanım aktyoru öz nəvəsindən imtina etməyə çağırıb:

“Rəhman Rəhmanovun oğluna qoşulub qaçmışam. Bir ildən sonra övladımız olub. Ailəsinə baxmırdı. Qayınatam da onu yola gətirməyə çalışırdı ki, ailəsinə baxsın. Amma alınmadı. Uşağımı özüm saxlamışam, tərbiyəli böyütmüşəm. İkinci dəfə ailə qurmuşam. İndi qızım deyir ki, babam məni istəmir, niyə aparırsan onun yanına? Keçmiş yoldaşım bir dəfə də gəlib övladı ilə maraqlanmayıb. Onu çətinliklə böyütmüşəm, 11 yaşı var. Bu günə kimi 200 manat kömək etməyiblər, Rəhman müəllimi cəmi dörd dəfə görüb. O gün övladım babasının xəstə olduğunu eşidəndə ürəyi ağrıdı. İndi tələb edirəm ki, uşaqdan imtina etsinlər. İkinci həyat yoldaşım yaddır, ancaq qızıma doğma övladı kimi baxır. Hətta qəlbi qırıqdır deyə öz uşaqlarından da yaxşı davranır. Övladıma onun soyadını vermək istəyirəm”. 

R.Rəhmanov isə ilk dəfə canlı efirdə oğlu haqqında danışıb və onun ruhi xəstə olduğunu etiraf edib: 

“Bunu ilk dəfə deyirəm: oğlum ruhi xəstədir. Hazırda müalicə alır. Mən nəvəmə lazımi qədər baxıram. Onların nə problemi olursa, həll edirəm. Nəvəmi sonuncu dəfə sentyabrda görmüşəm. Sadiqə ilə zəngləşdik, danışdıq. İndi burda niyə belə danışdığını bilmirəm. Niyə ictimailəşdirir? İstərdim ki, qızımı mənə versinlər. Bircə nəvəm var, o da budur. Ona gözüm kimi baxaram. Evim, imkanım olmasa da, son qəpiyimi ona xərcləyəcəm”.

Baxılıb: 889