Diqqət mərkəzi
"Prezidentin apardığı islahatlar ölkəmizi daha da gücləndirəcək" - Ramin Əhmədov
A
11:39 25.10.2019
“Prezidentin kadr dəyişiklikləri yeni dövrün tələblərinə cavab verən çevik idarəçi komanda formalaşdırmaq məqsədinə hesablanıb. Bu islahatlar sözssüz ki, , iqtisadiyyatın daha da gücləndirilməsinə, əlverişli biznes mühitinin formalaşdırılmasına, dövlətin sosial yönümlü təşəbbüslərinin artmasına da öz müsbət təsirlərini göstərəcəkdir”.

AZƏRFAKS Missiya.Az-a istinadən xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov Prezident İlham Əliyevin həyata keçirdiyi kadr islahatları barədə fikirlərini açıqlayarkən deyib.

YAP rəsmisi qeyd edib ki, ölkə başçısı təyin etdiyi kadrların qarşısında əsasən dayanıqlı iqtisadi inkişaf və şəffaflıqla bağlı tələblər qoyub: “Dünya təcrübəsi göstərir ki, dayanıqlı iqtisadi inkişaf üçün mütləq şəkildə əlverişli və azad biznes mühiti olmalıdır. Danılmaz həqiqətdir ki, bilavasitə canab Prezidentin iradəsinə söykənən islahatlar nəticəsində bu gün vergi sahəsində tamamən şəffaflıq prinsiplərinə söykənən sistemin tətbiq olunduğunu müşahidə edirik. Sahibkarlara münasibət xüsusunda da vəziyyətin əhəmiyyətli dərəcədə dəyişdiyini görürük. Xoşagəlməz davranışlar, şəxsi maraqlara xidmət edən qanunsuz tələblər və sairə bu kimi neqativ məqamlar demək olar ki, aradan qaldırılıb. Bu kimi müsbət dəyişikliklər isə vətəndaşları sahibkarlıq fəaliyyətinə həvəsləndirir, ölkədə əlverişli biznes mühitinin yaranmasında böyük rol oynayır”.

YAP yetkilisi hesab edir ki, dövlət başçısının yeni vəzifələrə təyinat almış məmurlar qarşısında qoyduğu tapşırıqların müsbət nəticələrini cəmiyyət qısa zamanda hiss edəcək: “Cənab Prezident Azərbaycanın iqtisadi inkişafı ilə bağlı çox nikbin proqnozlar verir. Həmçinin tənqid etdiyi sahələr də var. Ümumilikdə, Azərbaycan iqtisadiyyatının 9 aylıq yekunları göstərir ki, hədəflərə doğru uğurla addımlayırıq. Lakin hazırkı göstəricilər dövlət başçısınə qane etmir. O, Azərbaycanı daha böyük uğurlara doğru aparmaq, iqtisadiyyatı daha da gücləndirmək və dövlətin sosial təşəbbüslər imkanlarını artırmaq istəyir".

Prezidentin həyata keçirdiyi islahatların nəticələrinə diqqət yönəldən R.Əhmədov bildirib ki, müsbət tendensiya Azərbaycanla bağlı hazırlanan beynəlxalq hesabatlarda da özünü göstərir: “Aparılan islahatlar dünyanın nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir. Ölkəmizin iqtisadi inkişafında yaşanan müsbət meyillər nüfuzlu qurumların hesabatlarında da öz əksini tapır. Belə qurumlar sırasında Dünya Bankı, Asiya İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, Ümumdünya İqtisadi Forumu və digər aparıcı beynəlxalq təşkilatlar var. Məsələn, Azərbaycanla bağlı son diqqətçəkən hesabatı Dünya İqtisadi Forumu hazırlayıb. Dünya İqtisadi Forumu tərəfindən nəşr edilən “Qlobal Rəqabətlilik İndeksi”ndə Azərbaycan 11 pillə irəliləyərək 58-ci mövqedə qərarlaşıb. Bütün bunlar bir daha təsdiq edir ki, islahatlara alternativ yoxdur. Bu proses mövsümi xarakterdə deyil, davamlı və sistemlidir. Vətəndaşlarımız əmin ola bilərlər: Prezident İlham Əliyevin başladığı və uğurla davam etdirdyi islahatların bir məqsədi var: Ölkə əhalisinə daha təminatlı yaşayış imkanları yaratmaq”.

Baxılıb: 455
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: