Diqqət mərkəzi
Kəsilən çirkli əllər və sahibkarın “gülən” cibi - Prezident tələb edir
A
Kəsilən çirkli əllər və sahibkarın “gülən” cibi - Prezident tələb edir
11:36 25.10.2019
Nicat DAĞLAR

Azərbaycanda vergi sisteminin şəffaflaşdırılması, sahibkarlara əlverişli fəaliyyət şəraitinin yaradılması istiqamətində görülmüş işlər artıq öz müsbət nəticələrini verməkdədir. Daha Azərbaycanda hansısa sahibkarın, “Vergi əməkdaşlarının əlindən zara gəlmişik”, “Qazandığımız pulu əlimizdən alırlar”, “Hər dəfə müxtəlif məbləğlərdə aylıq tələb edirlər” kimi giley-güzarı eşidilmir.

Bu günlərdə tanış bir diş həkimi ilə vergi məsələlərilə bağlı söhbətim oldu. Stomatoloji kabineti olan həkim əvvəlki dövrlə indiki reallıqlar arasında çox böyük fərq olduğunu dedi: “Artıq kimsə bizdən qeyri-rəsmi ödənişlər tələb etmir. Kimsə demir ki, ayda filan qədər verəcəksən. Əvvəllər dedikləri məbləği verməyəndə gəlib qapımızı bağlayır, işləməyə imkan vermirdilər. Amma indi cibimiz əməlli-başlı pul görüb. Vergimizi ödəyib rahat şəkildə işləyirik”.

Prezident İlham Əliyev Mikayıl Cabbarovu vergilər naziri təyin edəndə onun qarşısına məhz bu tapşırıqları qoymuşdu: Qanunsuz yoxlamalar dayandırılmalı, korrupsiya və rüşvətxorğa qarşı ciddi mübarizə aparılmalı, sahibkarlar qanunsuz tələblərlə üzləşməməli və yalnız dövlətin vergisini ödəmələdirlər. Bütün bunlarla parlael olaraq isə vergidən yayınma halları aradan qaldırlmalı, böyük məbləğdə qazanc əldə etdikləri halda dövlətə qəpik-quruş ödəyən iri ticarət obyektləri müəyyənləşdirilərək lazımı tədbirlər görülməli idi. Tələblər icra olundu, tapşırıqlar yerinə yetirildi və ölkənin vergi sistemində qısa zamanda fundamental dəyişikliklər müşahidə olunmağa başladı. Nəticədə həm dövlət qazandı, həm də sahibkarın CİBİ PUL GÖRDÜ.

Gedişat göstərir ki, vergi sahəsini korrupsia və rüşvət meyillərindən təmizləyərək şəffaf ödəniş mexanizminin tətbiqi və vergidən yayınma hallarına qarşı effektiv mübarizə tədbirləri ilə müşayət olunan proses davamlı xarakterdədir və deməli şübhə etməməliyik ki, qarşıdakı mərhələdə həm vergi yığımı yolu ilə dövlət büdcəsinə yönəldilən vəsaitlərin həcmi, həm də sahibkarların gəlirləri artacaq.

Mikayıl Cabbarov artıq vergilər naziri deyil. Ortada Vergilər Nazirliyi adında qurum da yoxdur. Cabbarov vergi sahəsinə bundan sonra iqtisadiyyat naziri kimi nəzarət edəcək. Amma hədəflər dəyişməzdir. Prezident İlham Əliyevin növbəti mərəhələ üçün müəyyən etdiyi vəzifələrə, tapşırıqlara diqqət edək: “Biz çox yaxşı bilirik ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır. Bizdə isə hələ ki, belə deyil. Biz də çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir. Hüquq-mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar və siz nazir kimi çalışmalısınız ki, belə hallara yol verilməsin, əgər yol verilərsə, dərhal məni məlumatlandırın. Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcəkdir. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz”.

Göründüyü kimi, Prezidentin müəyyən etdiyi xətt dəyişməzdir – Sahibkarlığın inkişafına əngəl yaradan süni amillər aradan qaldırlmalı, iş görmək, biznes qurmaq, dövlətin gəlirlərinin artmasına töhfə vermək istəyənlərə şərait yaradılmalıdır. Sahibkar işləməli, vergi ödəməli, ödənilən vəsaitlər ciblərə yox, büdcəyə yönəldilməlidir ki, dövlətin sosial təşəbbüslərlə çıxış etmək imkanları genişlənsin. Bu il cəmiyyətə təqdim olunmuş sosial paketlər nəyin hesabına oldu? Əlbəttə ki, Vergilər Nazirliyinin plandan əlavə topladığı 350 milyon manatdan artıq vəsaitin hesabına.

Şübhə etmirik ki, gələn il daha böyük rəqəmlər barədə danışacağıq. Bu isə o deməkdir ki, növbəti ildə dövlətin sosial təşəbbüslərinın sırası daha da genişlənəcək.

Baxılıb: 400
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: