Diqqət mərkəzi
Mehriban Əliyeva müəllimləri təbrik etdi
A
Mehriban Əliyeva müəllimləri təbrik etdi
12:02 05.10.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.

AZƏRFAKS təbrik mətnini təqdim edir:

Əziz müəllimlərimiz,

Sizi Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edirəm. Müəllimlik olduqca hörmətli peşədir. Gənc nəslin yetişməsi məhz sizdən sizin böyük peşəkarlığınızdan aslıdır. Əlbəttə, hər kəs öz məktəb və tələbəlik illərini, müəllimlərini gözəl minnətdarlıq hissi ilə xatırlayır. Sizin müdrikliyiniz və səbriniz layiqli qiymətini yalnız illər keçdikcə vermək mümkündür. Uşaqlara və gənclərə göstərdiyiniz sevgi və məsuliyyətli işinizə görə sizə təşəkkür edirəm. Sizcə möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və uğurlar arzulayıram.
Baxılıb: 40
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: