Diqqət mərkəzi
"Başqasının ailəsini söyən şərəfsiz, öz uşaqlarının üzünə necə baxa bilir?” - Reaksiya
A
11:02 09.08.2019
“Öz ailəsinə, uşağına, ata-anasına hörmət edən adam başqasının dəyərlərinə söyməz, ailəsini təhqir etməz. Kiminsə ailəsini söyən şərəfsiz, öz uşaqlarının, ailəsinin üzünə necə baxa bilər?”

“Xaricdə yaşayan bir qrup şərəfsiz “siyasi mübarizə” adı altında Azərbaycanın yüksək çinli dövlət məmurlarını ağır söyüşlərlə təhqir edir. Artıq onlar bütün əndazələri aşıblar. Belə siyasi mübarizə olmaz. Onların üstünlük verdiyi ritorikadan da görünür ki, əksəriyyəti elementar ailə tərbiyyəsi görməyən küçə adamlarıdır”.

AZƏRFAKS Missiya.Az-a istinadən xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov “blogger” adı ilə xarici ölkələrə sığınaraq ölkəmizə qarşı çirkin kampaniyalar aparanların təhqiramiz çıxışları ilə bağlı danışarkən deyib.

YAP rəsmisi bildirib ki, onlar valideyinlərindən imtina edən, pul, var-dövlət üçün vətənini, şərəfini, qeyrətini satan alçaq yığınıdır: “Azərbaycan xalqı milli mentalitetinə sadiq xalqdır. Böyük-kiçik yeri bilmək bu xalqın ən ümdə dəyərlərindəndir. Xaricdə oturub Azərbaycan dövlətini təmsil edən şəxsləri ağır formada təhqir edənlərin ailələrində bir vicdanlı, qeyrətli şəxs yoxdurmu ki, öz övladına, qohumuna, qardaşına ağıl versin, desin ki, bu iyrənc yoldan əl çək? Öz ailəsinə, uşağına, ata-anasına hörmət edən adam başqasının dəyərlərinə söyməz, ailəsini təhqir etməz. Kiminsə ailəsini söyən şərəfsiz, öz uşaqlarının, ailəsinin üzünə necə baxa bilər?”

Ramin Əhmədovun sözlərinə görə, xalq həmin adamlara nifrət edir: “Mən siyasətçi kimi xalq arasında tez-tez oluram. Müxtəlif müzakirələrdə iştirak edirəm. Vətəndaşlar “söyüş layihəsi”nin iştirakçılarına nifrət edirlər. Belə iyrəncliklərə son qoyulmalı, sivil mübarizə yolu seçilməlidir. Belə bir iyrənc mübarizə üsulu dünyanın heç bir yerində görünməyib. Onlar nəyə nail olmaq istəyirlər? Nə istəyirlər? Təhqirlə, ağır söyüşlərlə, kiminsə ailəsini, övladlarını, qohumlarını hədəf seçməklə nəyə nail olmaq niyyətindədirlər? Artıq bütün Azərbaycan bilir ki, “söyüş layihəsi”ndə iştirak edənlərin hamısı vətənini satan, dövlətinin maraqlarını xarici xüsusi xidmət orqanlarına peşkeş edən xainlərdir. Onlar 5-10 avroya görə hər şeyindən imtina etməyə hazır olanlardır. Ortaya normal bir fikir qoya bilmirlər. Odur ki, üstünlüyü verirlər söyüşə, aşağılayıcı küçə ifadələrinə”.

YAP rəsmisi qeyd edib ki, həmin şəxslər Azərbaycan dövlətinə qarşı qarayaxma kampaniyaları aparmaq üçün öhdəlik götürüblər: “Mən bu məsələlər barədə bir neçə dəfə öz fikrimi bildirmişəm. Amma görünən odur ki, həmin cinayətkar şəbəkənin üzvləri getdikcə daha da azğınlaşır və tamamilə söyüş ritorikasına keçirlər. Bütün bunları təbii ki, kənardan sakitcə seyr etmək olmur. Mənim dövlətimi aşağılayırlarsa, dövlət rəsmilərini, onların ailə üzvlərini təhqir edirlərsə, buna biganə qala bilmərəm. Azərbaycanın dəyərlərinə, dövlət xadimlərinə qarşı təhqir kampaniyalarını dərhal dayandırmalıdırlar. Başqalarına hörmət etmirlərsə, heç olmasa evdəkilərinə hörmət etsinlər”.

R.Əhmədov sonda vurğulayıb ki, şərəfi olan vətəni, milləti, dövlətinin dəyərlərini satmaz, bu yolla çörək qazanıb övladına yedirməz: “Kaş anlayaydılar ki, bu yolun sonu yoxdur. Bu yol onlara ancaq xalqın nifrətini qazandırır”.
Baxılıb: 104
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: