Diqqət mərkəzi
“Youtube” dələduzları cəmiyyətə yaxşı heç nə verə bilməz” – Ramin Əhmədov
A
“Youtube” dələduzları cəmiyyətə yaxşı heç nə verə bilməz” – Ramin Əhmədov
20:16 01.08.2019
“Bəzi qüvvələr Azərbaycandakı azad internet mühitindən istifadə edərək, ölkəmizə qarşı çirkin kompaniyalar aparırlar. “Virtual terrorçular” milli dəyərlərimizi, bayrağımızı, xalqımızı aşağılayırlar. Artıq “qırmızı xətti” keçiblər. Bu çirkin kompaniyalarda iştirak edən xainlərə qarşı hamılıqla mübarizə aparmalıyıq, Azərbaycanın təhlükəsizliyini təhdid edən qrupların əl-qol açmasına imkan verməməliyik”.

Bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr münavini Ramin Əhmədov xaricdə yaşayan bəzi azərbaycanlıların ölkəmizə qarşı apardığı çirkin kompaniyalardan danışarkən deyib. 

O qeyd edib ki, müxtəlif ölkələrin xüsusi xidmət orqanları 3-4 nəfər avaraya pul verib kompüterin qarşısında əyləşdiriblər: “Onlar xüsusi təlimat əsasında “youtobe” kanalları və yüzlərlə saxta profil açıblar. Həmin kanallar və profillər vasitəsilə tərbiyyəsizlik nümayiş etdirir, küçə söyüşləri ilə müxtəlif dövlət məmurlarını və vəzifəli şəxsləri təhqir edir, cəmiyyətə zorakılıq, nifrət, kin aşılamağa çalışırlar. Aydındır ki, sifariş aldıqları dairələr Azərbaycanın dünyada artan nüfuzundan, dinamik inkişafından, təsir rıçaqlarını genişləndirməsindən narahat olurlar. Amma hansı yola əl atırlarsa atsınlar, Azərbaycandakı sabitliyi poza bilməyəcək. Bu ölkənin vətəndaşını tutduğu düz yoldan döndərmək mümkün deyil”. 

Ramin Əhmədov bildirib ki, dövlətə xəyanət yolu seçən satqınların hamısı eyni leksikondan istifadə edirlər: “Onların eyni leksikondan istifadə etmələri bir daha sübut edir ki, xüsusi sifariş yerinə yetirirlər. Yaşadıqları ölkələrdə baş verən siyasi proseslərə polis zorakılığlına, məmur özbaşınalığına heç bir reaksiya vermirlər. Amma Azərbaycandakı xırda məişət problemləri ətrafında hay-küy qoparırlar. Bu isə onu göstərir ki, onların hamısının bir məqsədi var – ölkədə süni gərginlik yaratmaq”. 

YAP rəsmisi hesab edir ki, Azərbaycan ziyalıları, cəmiyyətdə xüsusi nüfuza malik olan insanlar internet kanalları vasitəsi ilə ölkəmizə qarşı hücumlar təşkil edən xəyanətkarlara layiqli cavab verməlidirlər: “Eyni zamanda, sıravi vətəndaşlarımız da həmin yaramazların əməllərini cavabsız buraxmamalıdırlar. Görünən odur ki, dövlətə qarşı xəyanət yolunu tutanlar cinayət xarakterli davranışlarının cəzasız qalacağını düşünürlər. Amma yanılırlar. Heç bir cinayət əməli cəzasız qalmır. Gec-tez onlar da öz cəzalarını alacaqlar”.

Ramin Əhmədov Azərbaycan xalqının “internet dələduzlarına” inanmadığını və ölkəmizə qarşı həyata keçirilən çirkin virtual savaşa dəstək vermədiyini vurğulayıb: “Xalq yaxşı başa düşür ki, ölkəmiz ətrafında müxtəlif oyunlar qurulur. Qlobal oyunçular bizi öz əlimizlə vurmaq istəyir. Yəni sapı özümüzdən olan baltalarla. Şəxsiyyəti olmayan, elementar ailə tərbiyyəsi görməyən, mənəviyyatdan uzaq əxlaqsız küçə uşaqlarına 5-10 dollar pul verib atıblar ortalığa ki, hürsünlər. Vətəndaşlarımız anlayırlar ki, hər gün Yotubedən xalqa səslənənlər son nəticədə bir-biriləri ilə didişəcək. Bu günə qədər dəfələrlə şahidi olmuşuq ki, həmin xainlər bir-birilərinin ünvanına ağır ittihamlar səsləndiriblər. Aldıqları pulları bölə bilməyib davaya qalxıblar. Bundan sonra da belə olacaq. Son nəticədə özləri öz paxırlarını açıb tökəcək, hansı oyunlara salındıqlarını etiraf edəcəklər. Onsuz da cəmiyyətdən dəstək görmür, yaydıqları videolara kütləvi maraq oyada bilmirlər. Çünki Azərbaycan cəmiyyəti söyüşü, təhqiri qəbul etmir”. 

Missiya.Az

Baxılıb: 173
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: