Diqqət mərkəzi
Gəncə Avtomobil Zavodu daha bir yeniliyə imza atıb - Məşhur şirkətlə əməkdaşlıq...
A
Gəncə Avtomobil Zavodu daha bir yeniliyə imza atıb - Məşhur şirkətlə əməkdaşlıq...
12:57 24.07.2019
Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi dünən daha bir yeniliyə imza atıb.

AZƏRFAKS-a zavoddan verilən məlumata görə, müəssisə Finlandiyanın məşhur Sampo firması ilə əməkdaşlıq memorandumu barədə razılığa gəlib. Sənədə əsasən iki şirkət gələcəkdə ölkəmizdə kombaynlara texniki servisin göstərilməsi, texnikaların ehtiyat hissələrinin hazırlanması və təminatı, eləcə də digər məsələlərdə əməkdaşlıq edəcəklər.

Birgə fəaliyyətlə bağlı təklif Finlandiyanın məşhur Sampo firmasından gəlib.

Memorandumun imzalanma mərasimində gələcək əməkdaşlıq planları müzakirə olunub. Memorandum Sampo şirkəti adından region üzrə satış və marketinq direktoru Sami Seppala və Gəncə Avtomobil Zavodu İB-i adından direktor müavini Elşən Məmmədov tərəfindən imzalanmışdır.

Baxılıb: 108
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: