Diqqət mərkəzi
Dünya gücləri Bakını seçir - Prezidentin nüfuzu, ölkənin gücü
A
Dünya gücləri Bakını seçir - Prezidentin nüfuzu, ölkənin gücü
14:06 11.07.2019
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov  və NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığının rəhbəri Tod Uolters Azərbaycana gəlib. Məqsədi NATO-Rusiya münasibətlərini müzakirə etməkdir. 

Məlumat üçün bildirək ki, bu, Rusiya generallarının amerikalı həmkarları və NATO komandanları ilə Bakıda  ilk görüşü düyil. Bundan əvvəl də tərəflər paytaxtımızda bir araya gələrək qlobal təhlükəsizlik məsələlərini müzakirə ediblər. 

Göründüyü kimi, dünya güclərinin Bakını dialoq məkanı kimi seçməsi artıq ənənə halını alıb. Bu isə heç şübhəsiz ki, təsadüfi deyil. Aydındır ki, tərəflərə Bakı ilə yanaşı, digər şəhərlər də təklif olunur. Lakin Rusiya, ABŞ və NATO rəsmiləri bu kimi mühüm görüşlərin Bakıda keçirilməsinə üstünlük verirlər.  Bunun da bir çox səbəbləri var: 

1. Rəsmi Bakının  yeritdiyi müstəqil xarici siyasət; 

2. Ölkəmizin həm regional, həm də qlobal müstəvidə aktiv və prinsipial oyunçu mövqelərinə sahiblənməsi;

3. Azərbaycan prezidenti İlham Əliyevin şəxsi nüfuzu; 

4. Təhlükəsizlik mələləri;

5. Azərbaycanın heç bir hərbi təşkilata üzv olmaması; 

6. Bakının yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı təcrübəsi və sairə.


Şübhəsiz ki, həyata keçirdiyi transmilli enerji və nəqliyyat layihələrinin uğurla icra olunması da Azərbaycanın ETİBAR OLUNAN DÖVLƏT kimi seçilməsində böyük roy oynayır.  

Yerləşdiyimiz qaynar regionda demək olar ki, bütün dövlətlər super güclərin təsiri altındadır. Azərbaycan isə müstəqil siyasət yürütməklə, “bütün ölklərlə bərabər məsafə” prinsipinə üstünlük verir. Rusiya və İran kimi dövlətlərlə sərhəd olan Azərbaycan ABŞ-Rusiya-İran ücbucağında öz balansını qoruyub saxlamağı bacarır. Ölkəmizdə heç bir dövlətin  hərbi bazası yoxdur.  Avropa ölkələri, Rusiya və ABŞ Azərbaycanın nəinki regonda, daha geniş maştabda sabitləşdirici rol oynadığını yüksək qiymətləndirir, ölkəmizin mövqeyi ilə hesabalşır və hörmət bəsləyirlər. Bütün bu göstəricilərin əldə olunmasında Prezident İlham Əliyevin misilsiz xidmətləri var. Məhz onun yürütdüyü siyasət nəticəsində bu gün Azərbaycan sabitlik adası kimi tanınır, Şərqlə Qərb arasında unikal dialoq platforması yaradan ölkə kimi qəbul olunur. İlham Əliyev dəfələrlə nümayiş etdirib ki, o, prinsipial və qətiyyətli liderdir və milli maraqlar xüsusunda heç bir halda güzəştə getmir. Onun xarici siyastədə üstünlük verdiyi balanslaşdırma prinsipi bu gün Azərbaycanı Şərqlə Qərb arasında həm ticari, həm hərbi, həm də siyasi əlaqələr baxımından əvəzssiz körpüyə çevrib. 

Rusiya və NATO generallarının qlobal məsələləri Azərbaycanda müzakirə etməsi işğalçı Ermənistana da mesajdır. Dünya güclərinin dialoq üçün məhz Azərbaycanı seçməsi ölkələrə münasibət  xüsusunda da bir çox mətləbləri açıq şəkildə ortaya qoyur. 

ABŞ və Rusiya rəsmilərinin Bakıda görüşməsi sözsüz ki, dünya mətbuatının da diqqətindən kənarda qalmır. Məsələn  “The New York Times” qəzeti  bundan əvvəlki görüş barədə geniş məqalə ilə çıxış etmişdi. Qeyd olunurdu ki, generalların görüşünü təşkil etmək heç də asan olmayıb. “Yüksək rütbəli hərbçilərin harada görüşəcəyi ilə bağlı geniş müzakirələr aparılıb. Sonda tərəflər neytral və təhlükəsiz ölkə kimi Azərbaycanı seçiblər” – deyə məqalədə vurğulanırdı. 

Göründüyü kimi, məqalədə Azərbaycanın tərəfsiz və təhlükəsiz ölkə olduğu xüsusi qeyd olunub. Dünya mətbuatı da qəbul edir ki, təhlükəsizlik və tərəfsizlik Azərbaycanı digər ölkələrdən fərqləndirir.  

Müşahidələr göstərir ki, Rusiya və ABŞ arasında Bakı ilə bağlı heç bir məsələdə fikir ayrılığı yoxdur. Azərbaycan Prezidentinin nüfuzu, dövlətin gücü, təhlüksizliyin yüksək saviyyədə təminatı, müstəqil xarici siyasət xətti ölkəmizi hamının etibar etdiyi məkana çevirib.  Əminliklə deyə bilərik ki, belə görüşlər bundan sonra da Bakıda keçiriləcək. Çünki Azərbaycanda siyasi sabitlik, təhlükəsiz müzakirə mühiti daim təmin olunur! 

Missiya.Az


Baxılıb: 116
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: