Diqqət mərkəzi
"Gəncəlilər bir daha sübut etdilər ki, Dövlətə bağlı, Prezidentə sadiqdirlər" - Xanlar Fətiyev
A
10:31 10.07.2019
“Gəncə dövlətimizə və dövlətçiliyimizə məhəbbətin rəmzi olan qədim şəhərdir. Düz bir il bundan qabaq, mərkəzi meydanda məkrli qüvvələr dövlətimizə və milli maraqlarımıza qarşı çıxıb təxribat törətməyə cəhd etdilər. Nəticədə qan töküldü. Ayrı-ayrı şəhər və rayonlardan olan radikal qruplar meydanda ictimai asayışı pozmağa, çaxnaşmalar yaratmağa cəhd göstərdilər və nəticədə iki yüksək rütbəli polis əməkdaşı - polis polkovniki İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasov şəhid oldular. Bu, Azərbaycan dövlətçiliyinə qarşı məqsədli şəkildə təşkil olunmuş bir qəsd aktı idi”. 

AZƏRFAKS xəbər verir ki, bu açıqlama ilə Milli Məclisin deputatı Xanlar Fətiyev çıxış edib. Onun sözlərinə görə, Azərbaycanın inkişafını, qüdrətli dövlətə çevrilməsini istəməyən bəzi xarici dövlətlərin xüsusi kəşfiyyat orqanları və onlara xidmət edən, terroru dəstəkləyən buradakı xainlə  müxtəlif yollarla  ölkədəki sabitliyi pozmağa, xaos yaratmağa çalışıblar: 

"Meydanda qarşıdurmalar yaradan radikal dini qruplara şəhər əhalisi dəstək vermədi, əksinə, baş verənlər qəti şəkildə pislənildi. Həmin o çətin anlarda gəncəlilər bir daha sübut etdilər ki, onlar Dövlətə bağlı, Prezidentə sadiqdirlər və müstəqilliyimizin qorunması üçün bütün fədəkarliqlara hazırdırlar.  
Xatırlayırsınızsa həmin xaos və qarışıqlıq cəmi 1 saata yaxın çəkdi. Hüquq mühafizə orqanlarının əməkdaşları ictimai əsayişi pozanlara qarşı tez bir zamanda ciddi ölçü götürdü və ixtişaş törətmək istəyənləri həbs etdilər. Həmin hadisələr ölkə başçısı İlham Əliyevin şəxsi nəzarətində idi. Dövlət başçısı da Gəncə hadisələrinə hüquqi qiymət verdi və Gəncə şəhərində baş verənləri sabitliyin pozulmasına yönələn terrorçuluq aktı olduğunu xüsusi vurğuladı. Bu gün aparılan istintaq da bir daha sübut edir ki, bu, düşünülmüş, xüsusi hazırlanmış bir təxribat idi” deyə millət vəkili bildirib. 


Baxılıb: 119
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: