Diqqət mərkəzi
Polis qürurumuz və güvən yerimizdir - Ramin Əhmədov
A
Polis qürurumuz və güvən yerimizdir - Ramin Əhmədov
15:20 02.07.2019
Bu gün Azərbaycanda polis günü qeyd olunur. Azərbaycanda ilk polis bölüyü 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyətinin dövründə yaradılıb. Əsas məqsəd isə yenicə müstəqillik qazanan gənc Cümhuriyyətin daxili təhlükəsizliyini qorumaq və cinayətkarlığa qarşı mübarizə aparmaq olub. Təəsüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa olduğu üçün müstəqil polis orqanlarımız da uzun müddət fəaliyyət göstərə bilmədi. Polis orqanlarımız ölkəmiz Sovet işğalına məruz qaldığı üçün müstəqil fəaliyyətdən məhrum olundu. 71 illik Sovet əsarətindən sonra müstəqilik qazanan Azərbaycanın polis sistemi də yenidən quruldu.

Azərbaycan polisi ən şanlı dövrü Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra yaşayıb. Ölkəmiz mütəqilliyini bərpa etdiyi ilk illərdə bütün sahələrdə olduğu kimi polis sistemində də hərc-mərclik, özbaşınalıq hökm sürürdü. Ulu Öndər Bakıya gəldikdən sonra ilk addımları polis sistemində özbaşınalığın qarşısını almaq oldu. Vahid komandanlıq yaradıldı. Həmin dövrdə Heydər Əliyevin düzgün kadr seçimi Azərbaycan polisinin gələcəyini müəyyənləşdirdi. Peşəkar əməliyyatçı Ramil Usubovun nazir təyin edilməsi hüquq-mühafizə sistemində yeni mərhələnin başlamasına səbəb oldu. Ulu öndərin hakimiyyəti dövründə Azərbaycanın peşəkar polis sistemi formalaşdıb və dövlətin əsas dayaqlarından birinə çevrildi.

Yarandığı gündən şərəfli qəhrəmanlıq yolu keçən polisimiz bütün dövrlərdə vətənə, dövlətə və xalqa ləyaqətlə, yorulmadan xidmət edib. Azərbaycan polisi tarix boyu çox böyük qəhrəmanlıqlar nümayiş etdirib. Birinci Qarabağ müharibəsi dövründə vətənpərvər, mərd polislərimiz könüllü orduya yazılır və vətəni qurmaq üçün döyüş bölgələrinə gedirdi. Tam əminliklə deyə bilərik ki, Azərbaycanın Qarabağ müharibəsində əldə etdiyi uğurların böyük hissəsi polislərimizin adı ilə bağlıdır. Müharibə dövründə Daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyətinin 931 nəfəri döyüşlərdə şəhid olub. Döyüşlərdə şücayət göstərən onlarla polis əməkdaşımız Milli Qəhrəman adına layiq görülüb. Sonrakı dövrdə də ölkəmizdə sabitliyin qorunmasında, terrorçuların məhv edilməsində, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsində polislərimiz qəhrəmanlıq göstərib. Azərbaycan polisinin peşəkarlıq səviyyəsi, maddi-texniki bazası beynəlxalq standartlara cavab verir. Vətəndaş polisinə güvənir. Əmindir ki, hər hansı problemlə qarşılaşsa, ona ilk yardımı polis edəcək. Polisimiz öz nümunəvi, əxlaqlı, alicənab davranışları ilə xalq arasında böyük hörmət qazanıb. Azərbaycan polisinin nümunəvi imicinin formalaşmasında ölkə rəhbərliyinin və xüsusilə daxili işlər orqanlarına rəhbərlik edən şəxslərin rolu yüksək qiymələndirilir. Polis orqanlarının səyləri nəticəsində Azərbaycanda transmilli cinayətkarlığa, insan alverinə və digər bu motivli cinayətlərə qarşı qətiyyətli mübarizə aparılır. Azərbaycanda qanunun və sabitliyin təmin olunmasında polisin böyük rolu var. 

Prezident İlham Əliyev ölkəmizdəki sabitliyin qorunmasında polisin rolunu yüksək qiymətləndirir. Ölkə başçısının qayğısı və diqqəti sayəsində polis əməkdaşlarının maaşları ilbəil artırılır, onların peşəkarlığının, sosial rifah halın yüksəldilməsi üçün xüsusi proqramlar həyata keçirilir. Prezidentin hər il Polis Günü ərəfəsində Daxili İşlər Nazirliyinin şəxsi heyətini mükafatlandırması hüquq-mühafizə sisteminə göstərilən diqqət və qayğını bariz nümunəsidir.

Vilayət Eyvazovun daxili işlər naziri təyin olunması polis sistemində islahatların yeni mərhələsinin başlanığıcıdır. O, peşəkar polisdir. Bu səbəbdən deyə bilərik ki, Azərbaycanda ictimai-siyasi sabitlik daim qorunacaq və daha da möhkəmləndiriləcək. Ölkəmizin gələcəyi əmin əllərdədir! Mən Polis Günü münasibəti ilə başda general-polkovnik Vilayət Eyvazov olmaqla Daxili İşlər Nazirliyinin bütün şəxsi heyətini təbrik edirəm! Onlara öz fəaliyyətlərində qətiyyət, qəhrəmanlıq, şərəfli peşə fəaliyyəti arzu edirəm! Polis qanunların, sabitliyimizin qoruyucusudur! Bayramınız mübarək!


Ramin Əhmədov
Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini 

Baxılıb: 164
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: