Diqqət mərkəzi
"Prezidentin bu sərəncamları sosial sahədəki inqilabi addımların davamıdır" - Xanlar Fətiyev
A
13:00 19.06.2019
“Ölkə başçısı İlham Əliyevin dünən verdiyi sərəncamlar bir daha sübut etdi ki, cənab Prezident daim vətəndaşların sosial ehtiyaclarını düşünür və onların maddi rifahının yüksəldilməsi istiqamətində əməli addımlar atır. Bu kimi sosial tədbirlərin həyata keçirilməsi dövlət siyasətinin tərkib hissəsini təşkil edir və Azərbaycan iqtisadi cəhətdən inkişaf etdikcə bu kimi məsələlər prioritet kimi ön planda olacaq ”. 

AZƏRFAKS xəbər verir ki, bu açıqlamanı millət vəkili Xanlar Fətiyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 18 iyun 2019-cu il tarixli sərəncamını şərh edərkən deyib. Deputatın sözlərinə görə bu sərəncam ölkəmizdə vətəndaşların maddı rifah halının yaxşılaşdırılması istiqamətində 2019-cu ilin elə ilk aylarından atılan inqilabi addımların davamıdır.

“Bildiyiniz kimi bu ilin mart ayın 1-dən minimim əmək haqqı 38,4 faiz, yəni 50 manat artırılaraq 130 manatdan 180 manata çatdırıldı. Bununla da Azərbaycanda təxminən 400 mindən çox vətəndaşın əməkhaqqısı yüksəldi. Sentyabr ayının 1-dən isə minimum əmək haqqı nəzərə çarpacaq dərəcədə qaldırılır və 250 manat olacaq. Bu isə ötən ilə nisbətdə təxminən 100% artım deməkdir. Bəli, bu sərəncam əhalinin maddi-sosial vəziyyətnin yaxşılaşdırılması istiqamətində əsl inqilabdır” deyə X. Fətiyev əlavə edib. 
Millət vəliki qeyd edib ki, ölkə başçısının müvafiq Sərəncamı əhalinin sosial müdafiəsinin gücləndirilməsi, yoxsulluğun aşağı salınması və əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində çox böyük əhəmiyyəti olacaq:

“Minimum əmək haqqının artırılması, 250 manata çatdırılması rəsmi hesablamalara görə dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artırmağa imkan verəcək. Beləliklə reallaşmağa başlayacaq ikinci sosial paketin müsbət nəticəsi demək olar ki, bütün ailələrdə hiss olunacaq” deyə millət vəkili bildirib.  



Baxılıb: 138
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: