Diqqət mərkəzi
“Anar Ələkbərov öz peşəkarlığı və işgüzarlığı ilə seçilir” – Ramin Əhmədov
A
“Anar Ələkbərov öz peşəkarlığı və işgüzarlığı ilə seçilir” – Ramin Əhmədov
17:52 07.05.2019
“Anar Ələkbərov öz işgüzarlığı, peşəkarlığı və təşəbbüskarlığı ilə seçilən, səmimiyyəti, eləcə də yüksək mədəniyyətilə çoxlarına nümunə olan kadırdır”. 

AZƏRFAKS Misssiya.Az-a xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədovun Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun “Şöhrət” Ordeni ilə təltif olunması münasibətilə paylaşıdığı təbrik mətnindəndir. 

YAP yetkilisi qeyd edib ki, “Şöhrət” Ordeni A.Ələkbərovun layiq olduğu təltifdir: “Heydər Əliyev Fondunun İcraçı Direktoru, Birinci Vitse-prezident Mehriban Əliyevanın köməkçisi Anar Ələkbərov Prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” Ordeni ilə təltif olunub. Yüksək potensiala malik, parlaq perspektivi şübhə doğurmayan Anar Ələkbərov Heydər Əliyev Fondunun, həm milli irsimizin təbliği, həm də sosial-humanitar təmayüllü layihələrinin bir çoxuna bilavasitə rəhbərlik edir. O, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın köməkçisi kimi beynəlxalq müstəvidə də Azərbaycanı layiqincə təmsil edir, ona tapşırılan vəzifələrin öhdəsindən məharətlə gələrək dövlət etimadının dəqiq olduğunu nümayiş etdirir. Gənc olmasına baxmayaraq, Anar Ələkbərov Azərbaycan cəmiyyətində kifayət qədər böyük nüfuza və hörmətə malikdir. Barəsində ancaq müsbət sözlər, tərif dolu fikirlər eşitmək olar. Qısaca olaraq belə də deyə bilərik: onun şöhrəti dillər əzbəridir.

Cənab Prezidentin Anar Ələkbərovu “Şöhrət” Ordeni ilə təltif etməsi xəbərini böyük sevinc hissi ilə qarşıladıq. Anar müəllim buna layiqdir. İnanırıq ki, onun uğurlu fəaliyyəti bundan sonra ölkəmizin inkişafına öz tövhəsini verəcək. Anar müəllimi təbrik edir, işlərində uğurlar arzu edirik!”
Baxılıb: 80
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: