Diqqət mərkəzi
"Heydər Əliyev Fondu milyonların ümid yeridir" - Xanlar Fətiyev
A
15:24 06.05.2019
 “15 il bundan qabaq  Azərbaycanda böyük ənənələri və tarixi olan xeyriyyəçilik məktəbinin yenidən dirçəlməsi və yaşadılması istiqamətində fəaliyyət göstərən, ömrünü dövlətimizin inkişafı və xalqın rifahının yüksəldilməsinə həsr edən dahi bir şəxsiyyətin, Heydər Əliyevin adını daşıyan fond təsis olundu. Yaradıldığı gündən saysız-hesabsız uğurlara nail olmuş, təhsil, səhiyyə və digər sahələrdə ciddi islahatların aparılmasına töhfəsini vermiş Heydər Əliyev Fondu Azərbaycanın dünyada təbliği və zəngin dəyərlərimizin tanıdılması istiqamətində böyük işlər görmüşdür”. 

Bunu mətbuata açıqlamasında millət vəkili Xanlar Fətiyev söyləyib. Onun sözlərinə görə fondun təsis olunmasında əsas məqsəd yalnız xeyriyyəçilik olmayıb. Fətiyev vurğulayıb ki, fondun ən vacib missiyalardan biri də adı Azərbaycan tarixinə müstəqil dövlət qurucusu kimi qızıl hərflərlə  yazılmış ümummilli lider Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək, onun zəngin dünya görünüşünü, uzaqgörən siyasətini, ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, azərbaycançılıq ideyalarını yeni nəsillərə aşılamaq, Ulu Öndərin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşdırılması naminə müəyyən etdiyi ideyaların reallaşmasına dəstək verməklə onun ideyalarını yaşatmaqdan ibarət idi. Milli məclisin deputatının sözlərinə görə fondun yaradıcısı və prezidenti Mehriban xanım Əliyeva ilk dövrdən təhsilə yardımı vacib hesab edərək ictimaiyyətin diqqətini müasir dünyada hər bir ölkənin inkişafının əsasında dayanan təhsilə yönəltdi. 

“Heydər Əliyev Fondunun köməkliyi ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ölkəmizin bütün şəhər və rayonlarında, hətta ucqar kəndlərdə belə yeni məktəb binaları, uşaq baxçaları inşa olunub, müasir avadanlıqlarla və texniki invertarlarla təmin olunmuşdur. Təsadüfi deyil ki, Fond ölkədə yalnız təhsilin inkişaf etdirilməsi ilə deyil, həm də səhiyyənin yenilənməsi və müasirləşməsi istiqamətində öz töhvəsini vermiş,  bu istiqamətdə dövlət siyasətinə güclü dəstək vermişdir” deyə X. Fətiyev əlavə edib. 

Onun sözlərinə görə paytaxtda və bölgələrdə tikilən çoxsaylı səhiyyə ocaqları, onların lazımı avadanlıqlarla və yumşaq invertarlarla təminatı ilə yanaşı, Heydər Əliyev Fondu cəmiyyəti narahat edən bir çox problemlərin həllinə yardım göstərmiş və bu gün də vacib və önəmli missiyasını davam etməkdədir. Diabetli uşaqlara ən yüksək qayğı, talassemiyasız həyat naminə layihəsinin icrası çərçivəsində Bakıda müasir Talassemiya Mərkəzi tikildiyini bildirən X. Fətiyev Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi inşa olunduğunu, Fondun dəstəyi ilə bölgələrdə xüsusi qayğıya ehtiyacı olan insanlara tibbi baxışların və cərrahiyyə əməliyyatlarının təşkilinni də xüsusi vurğulayıb. 

“Valideynlərindən məhrum olmuş azyaşlı uşaqlara dəstək proqramları və yüzlərcə xeyriyyəçilik aksiyaları həm fondun məramının və Mehriban xanım Əliyevanın xeyirxahlıq missiyasının bariz nümunəsidir. Yardıma ehtiyacı olan hər kəsin yanında olmaq nəcib və yorulmadan xalq üçün, vətəndaşlar üçün çalışan Mehriban xanımın və fondun amalıdır” deyə millət vəkili bildirib. 

X. Fətiyev əlavə edib ki, 15 ildir Heydər Əliyev prinsiplərini yaşadan, durmadan xeyriyyəçilik ideyalarını təbliğ edən fondun gördüyü işlərin, həyata keçirdikləri layıhələr haqqında günlərlə danışmaq, cilid cilid kitablar yazmaq olar. “Azərbaycan ictimaiyyəti hər şəhərdə, hər rayonda, hər kənddə Mehriban xanımın və rəhbərlik erdiyi Heydər Əliyev fondunun xeyirxah əməllərinin nəticəsini görür, hiss edir. Bu alicənab missiyanı özü üçün önəmli şüara çevirən, milyonların ümid, pənah yeri olan Heydər Əliyev Fondu bundan sonra da nəinki Azərbaycanda, bütün dünyada vacib və xeyirxah layihələrə, yaddaQalan uğurlara imza atacaq” - deyə deputat əlavə edib.
Baxılıb: 97
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: