Diqqət mərkəzi
İnternetdəki “desant” dəstələri: Dövlətə qarşı vuruşan parazitlər - Ölkəni qarışdırmaq cəhdi
A
İnternetdəki “desant” dəstələri: Dövlətə qarşı vuruşan parazitlər - Ölkəni qarışdırmaq cəhdi
17:20 25.04.2019
Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun artmasına, Avropa ölkələri ilə ələqələrinin genişlənməsinə səbəb olacaq hər hansı müsbət gəlişmə özünü göstərən kimi, dövlətin maraqlarına qarşı fəaliyyət göstərən dəstələr hərəkətə gətirilir. Bu, dünya miqyaslı idman yarışları ərəfəsində də belə olur, mötəbət konfranslar, zirvə toplantılarına hazırlıq mərhələsində də. 

***

Dövlətin maraqlarına qarşı vuruşanlardan söz düşəndə, sözsüz ki, göz önünə birinci növbədə Əli Kərimli və ətrafındakı trollar gəlir. Qərəz xirtdəyə qədər yeridiyindən, məsuliyyət hissini də ayaqları altına atıblar. Cilddən-cildə girir, hər gün maska dəyişir, "xalq", "vətən" deyib diz döyərək gerçək simalarını və əsas hədəflərini gizlətməyə çalışırlar. Əli Kərimli danışanda tanımayan, bilməyən deyər ki, bu ölkəni ondan çox sevən ikinci bir adam yoxdur. Rola elə girir ki, geri dönüşü də çətin olur...

Əsıində Əli Kərimli üçün vətən, millət, milli maraqlar kimi anlayışların heç bir dəyəri qalmayıb. Çoxdan satıb hamısını... Əgər belə deyilsə, onda cavab versin: A bəy, niyə canlı yaymlarından birini erməni işğalına həsr eləmirsən? Niyə pul diləndiyin Avropanı torpaqlarımızın 20 faizinin işğal olunmasına göz yummaqda, ikili siyasət yürütməkdə, tarixi abidələrimizin darmadağın edilməsinə biganə qalmaqda... ittiham eləmirsən? Sənin heçmi vicdanın yoxdur? Şahbazla Dilqəmin adını bir dəfə dilinə gətirmisənmi? Buna görə Ermənistan hakimiyyətinin ünvanına yüngül bir qınaqla çıxış etmisənmi? Sevinc Tv və Qənimət Tv-də bircə dəfə olsun bu barədə danişan olubmu?

Yox, olmayıb!

Etməmisən!

Qınamamısan!

Cəsarətin çatmayıb!

Əvəzində Əlikram kimi separatçıbaşına dəstək verəcək qədər aşağılanmısan. Əvəzində ölkədə terror törətmək istəyənlərin “ədalətsiz mühakimisindən” danışıb, onlara azadlıq tələb eləmisən! Əvəzində erməni dairələrindən qidalanan təşkilatlara əl açıb qrant istəmisən! Sən.... bu dövlətin dayaqlarını sarsıtmaq, xalqın gələcəyini təhlükə altına atmaq, gül kimi ölkəni qidalandığın mərkəzlərə yem etmək üçün hər şey etmisən, edirsən və yəqin ki, bundan sonra da dayanmayacaqsan. Üzərində öhdəlik olduğu gün kimi aydındır.

***

Özünə hörmət edən siyasət adamı, müxalifət lideri kiminsə hamamda çimərkən suyunun kəsilməsini mitinqə çağırış bəhanəsi kimi istifadə etməz. Ancaq Əli Kərimli buna da gedir... Nəinki buna, hər şeyə gedir, bütün vasitələrə əl atır ki, cəmiyyətdə etiraz ab-havası yaransın. Amma alınmır, cəhdləri nəticə vermir. Çünki Azərbaycan cəmiyyəti onun təqdim etdiyi şəkildə deyil. Bu ölkə Əli Kərimlinin canlı yayımlarında yaradılan mənzərəyə uyğun gəlmir. Azərbaycan xalqı bir qrup xarici agentin apardığı oyunlarda rol almaq istəmir və “Hamı küçələrə çıxsın”, “Hamı mitinqə gəlsin” kimi çağırışların əslində hansı məkirli məqsədlərə xidmət etdiyini yaxşı bilir. Odur ki, əminik:

Olmayacaq!

Alınmayacaq!

Bu ölkədəki sabitliyi poza bilməyəcəklər!

***

Azərbaycan dövlətinə qarşı internet üzərindən savaş aparmaq üçün yetişdirilmiş zombi dəstələri hər gün daha da aqressivləşir, daha da azğınlaşırlar. Əli Kərimlinin instruktajından keçən Facebook və Youtube həşəratları hələ dərk etmirlər ki, “lider” dedikləri onları dövlətə və xalqa xəyanət yoluna sürükləyir, hər birinin taleyi ilə oynayır. Zavallı Kərimli trolları papasının gül balası Türkel Kərimlinin London barlarında hansı hoqqalardan çıxdığını bilmirlərmi? İnterneti bürümüş fotoşəkillərdə balaca Kərimlinin hallı görkəmini müşahidə etməyiblərmi? Yəni doğrudanmı onlara heç bir yerdən maaş almayan, dediyinə görə cəbhəçilərin ianələrilə dolanan sədrlərinin öz ailəsinə İngilətərədə lüks həyat yaşatması adi hal kimi görünür? Bəlkə Türkelin Londonun gecə klublarında əylənməsi də cəbhəçilərin ianələri hesabınadır?.. Bütün bunlar Əli Kərimlinin əl buyruğuna çevrilmiş internet “desantlarını” heçmi düşündürmür?..

***

Hakimiyyət uğrunda mübarizənin bəlli çərçivələri və qaydaları var. Amma bunun  Əli Kərimli və onun dəsətsində cəm olanlara heç bir dəxli yoxdur. Çünki onların davası, dediyimiz kimi, hakimiyyətlə deyil, dövlətlədir. Azərbaycanın varlığını həzm edə bilməyən dairələrdən sifariş alanlara əslində nə vətəndaşın problemi maraqlıdır, nə də dərdi-səri. Bu ünsürlər ölkədə baş verən yaxşı hadisələri, ölkənin inlişafına xidmət edəcək yenilikləri, insanların razılıq içində yaşamasını həzm edə bilmirlər. Bəlkə də hər gün bu ölkədə hansısa faciənin baş verməsini gözləyir, haradasa yanğın, yaradasa dağıntı olmasını arzulayırlar... Bu ölkənin qazandığı uğurlar Əli Kərimlinin yuxusunu ərşə çəkir. Hökumətin həyata keçirdiyi islahatların ölkə əhalisi tərəfindən məmnunluqla qarşılanması ona mənəvi istirab verir. Amma elə ki, hansısa fövqəladə hadisə baş verir, Əli Kərimli bundan xoşhal olaraq internetdəki süləngilərinə komanda verir ki, şou mahiyyətli kampaniyalara başlasınlar...

Bu qədər xaindirlər!

Bu qədər düşməndirlər!

Bu qədər vicdansızdırlar!

***

Cəmiyyətə misal çəkdikləri ölkələrə baxın: Əlcəzair, Venesuella, Sudan... Yəni silahlı inqilabları, qanlı olaylarla müşayət olunan etirazları nümunə kimi göstərirlər. Gərək nə qədər başdanxarab olasan ki, Azərbaycanı Sudanla müqayisə edəsən. Amma Əli Kərimli buna da gedir... Qan istəyir! İnsanların qarşı-qarşıya gəlməsini arzulayır! Silahların “dil açdığı” münaqişələrin buralarda da yaşanması üçün dəridən-qabıqdan çıxır...  Başqa çarəsi qalmayıb, ona görə. Axırıncı yolları araşdırır, ən iyərənc vasitələri nəzərdən keçirir... Amma cəhdlərinin boşa çıxacağına əminik. Əli Kərimlinin bu ölkədə uğur qazanması mümkün deyil. İki dünya bir ola, Azərbaycan cəmiyyəti ona dəstək verməyəcək.

Olmayacaq!

Alınmayacaq!

Bu ölkədəki sabitliyi poza bilməyəcəklər!

Və sonda...

Ölkəsini, xalqını sevən adam  hansı siyasi ideologiyaya könül verir versin, dövlətin maraqlarına qarşı heç vaxt addım atmaz. Məgər müxalifətçilik dövlətin dayaqlarına qənim kəsilmək kimi şərəfsizlik xəttini tərənnüm edir? Əlbəttə yox. Ürəyində bir balaca vətən, dövlət sevgisi daşıyan insan millətinin maraqlarını dünya bazarına çıxarmaq həvəsinə düşməz. Nə yazıq ki, içimizdə xisləti qara, yolu yabançı, düşüncəsi “nə yolla olursa olsun, qrant udum”dan ibarət olan parazitlər də var... Əminik ki, Azərbaycan cəmiyyəti bundan sonra da onlara layiq olduqları yeri göstərəcək.

Missiya.Az

Baxılıb: 225
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: