Diqqət mərkəzi
Prezident nə demişdi və nə etdi? - Nicat Dağlar yazır
A
Prezident nə demişdi və nə etdi? - Nicat Dağlar yazır
13:05 10.04.2019
Tanınmış jurnalist Nicat Dağların bloqunda "Prezident nə demişdi və nə etdi?" başlıqlı yazı dərc olunub. Mövzunun aktuallığını nəzərə alıb sözügedən yazını təqdim edirik:

Bu gün ölkədə həyata keçirilən islahatların anonsu ötən il keçirilmiş prezident seçkisi ərəfəsində verilmişdi. Seçkidən sonrakı günlərdə isə qarşıdakı mərhələdə müşahidə olunacaq islahatların dərin xarakter alacağını düşünməyə əsas verən aydın konturlar cızıldı. Cəmiyyət bilavasitə dövlət başçısının dilindən eşitdi ki, islahatlar çoxşaxəli olacaq və əsasən vətəndaşların rifah halının yaxşılaşdırılmasına xidmət edəcək.

Prezident nə demişdi?

Tam əminliklə deyə bilərik ki, bu gün vətəndaşların böyük sevinc hissi ilə qarşıladığı fərman və sərəncamlar, əvvəlcədən xüsusi hesablamalar aparılaraq ərsəyə gətirilmiş dövlət proqramlarından irəli gəlir. Prezident İlham Əliyevin 2018-ci il aprelin 9-da keçirilmiş Nazirlər Kabinetinin iclasındakı çıxışını xatırlayaq: “İslaharlar dərinləşməlidir və bu sadəcə söz deyil. Bunun arxasında çox ciddi proqramlar dayanır”. Deməli, bu gün vətəndaşların sosial vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə atılan addımlarda, imzalanan fərman və sərəncamlarda gözlənilməz heç nə yoxdur. İstər müavinətlərin, minimun əməkhaqqların və tələbə təqaüdlərinin artırılması, istər şəhid ailələrinə birdəfəlik ödənişlərin verilməsi, istər problemli kreditlərlə bağlı məsələnin həlli, istərsə də digər bu kimi tədbirlər Prezident İlham Əliyevin dediyi dövlət proqramlarının tərkib hissəsidir. Bu xüsusda dövlət başçısının 2018-ci il aprelin 18-də keçirilmiş andiçmə mərasimindəki çıxışını xatırlamağımız da yerinə düşər. Prezident həmin çıxışında açıq və aydın şəkildə bəyan etdi ki, islahatlar hər bir sahəni əhatə edəcək: 

“Son 15 il ərzində kifayət qədər uğurlar, nailiyyətlər var. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yaşayırıq. Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.

İlham Əliyevin sözü

Prezident seçkisindən ötən bir il ərzində ölkədə həyata keçirilən islahatların təhlili göstərir ki, İlham Əliyev son 15 ildə olduğu kimi, heç bir halda arxasında ciddi əsaslar dayanmayan vədlər verməyib. Əgər deyirsə ki, islahatlar dərinləşəcək, deməli, bunun dərin əsasları var.  Dövlət başçısının özünün də vurğuladığı kimi, o, sadəcə söz demir, dediklərinin arxasında dəqiqiliklə ölçülüb-biçilmiş dövlət proqramları dayanır.

Yeni və böyük hədəflər

Prezident seçkisindən ötən 1 il ərzində ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin, siyasi və struktur islahatlarının xarakteri Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deməyə əsas verir. Vətəndaş məmnuniyyəti yaradan sərəncamlar bir-birini əvəz edir, bununla paralael olaraq ölkənin iqtisadi qüdrətini artıracaq və sosial sahədə islahatların davavlılığını təmin edəcək nəhəng layihələr həyata keçirilir. Bundan başqa, idarəçilikdə şəffaflığın artırılması, süründürməçilik hallarının aradan qaldırılması, vətəndaş-məmur münasibətlərinin yeni dönəmin tələblərinə uyğunlaşdırılması və s. kimi məsələlərin həllilə də bağlı ciddi tədbirlərin şahidi oluruq. Diqqətçəkən həm də odur ki, Prezident islahatların ərsəyə gətirdiyi müsbət nəticələrlə kifayətlənmir, daha böyük uğurların əldə olunmasını hədəfləyir.

Dövlət başçısı demək olar ki, bütün çıxışlarında əldə olunmuş nailiyyətlərdən danışarkən, xüsusi vurğu ilə, “Lakin bütün bunlar bizi qane edə bilməz. Biz daha da irəli getməliyik” deyir:  “Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir. Biz dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurmuşuq. Ancaq bu  o demək deyil ki, əldə edilmiş nailiyyətlərlə kifayətlənməliyik. Əldə edilmiş nailiyyətlər bizi gələcəyə daha da nikbinliklə baxmağa həvəsləndirir, buna sövq edir”.  

Deməli, İlham Əliyev üçün son gəstərici yoxdur. Qazanılan uğurlar, görülmüş işlərin nəticəsində əldə olunan müsbət irəliləyişlər yeni hədəflərə yol açır, onu daha böyük qələbələrə həvəsləndirir.

Razılığın ifadəsi

Prezident seçkisindən ötən 1 il ərzində görülmüş işlərə ölkə vətəndaşları da qiymət verib. Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə “Opinion Way” şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın bütün bölgələrində keçirilmiş geniş rəy sorğusunun nəticəsi Dövlət başçısının gördüyü işlərə adekvatdır – rəyi soruşulanların 85.1 faizi İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirib.

Təsadüfi heç nə yoxdur!  

Bu, vətəndaşın öz Prezidentindən razılığının ifadəsidir!

Baxılıb: 32
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: