Diqqət mərkəzi
Azərbaycan radiosunda "Diaspor Gənclərinin II Yay Düşərgəsi" adlı yeni layihə başlayıb
A
Azərbaycan radiosunda
20:31 03.04.2019
Azərbaycan radiosu ilə Diasporla iş üzrə Dövlət Komitəsinin birlikdə hazırladığı "Diaspor Gənclərinin II Yay Düşərgəsi" layihəsinin ilk buraxılışı efirə çıxıb. 

AZƏRFAKS xəbər verir ki, proqramda xaricdə yaşayan azərbaycanlı gənclərin fəaliyyətləri, ölkəmizlə bağlı təsəvvürlərinin genişləndirilməsi ilə bağlı yeni-yeni məlumatlar, canlı bağlantılar, bu istiqamətdə Dövlət Komitəsinin gördüyü işlər öz əksini tapacaq.

10 ildən çoxdur ki, Azərbaycan Radiosunda yayımlanan "Ünvanımız Azərbaycandır" proqramı Dövlət Komitəsinin diqqət mərkəzində olub. Dünya azərbaycanlılarının məşguliyyəti və diaspor fəaliyyətini işıqlandıran bu verilişdə komitə əməkdaşlarının müntəzəm çıxışları özünəməxsus yer tutur. 

Yeri gəlmişkən, yeni əlaqələrin qurulmasında Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Vəsilə Vahidqızının mənəvi dəstəyi müsbət qiymətləndirilir.

"Diaspor Gənclərinin II Yay Düşərgəsi" adlı yeni layihənin məqsəd və mahiyyəti barədə daha ətraflı məlumatları hər həftənin 2-ci günü saat 14.10-da Azərbaycan Radiosunda yayımlanan "Ünvanımız Azərbaycandır" verilişində dinləyə bilərsiniz.

Baxılıb: 89
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: