Diqqət mərkəzi
"Vətəndaşlar əmindirlər ki, cənab Prezident heç vaxt onları darda qoymaz” - Ramin Əhmədov
A
16:43 30.03.2019
“Prezident İlham Əliyevin “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğının fəsadlarının aradan qaldırılması ilə bağlı qəbul etdiyi qərarlar bird aha göstərdi ki, dövlət başçısı vətəndaçların problemlərinə xüsusi həssaslıqla yanaşır. Ölkə başçısı obyektləri yanan sahibkarların çağırışına operativ reaksiya verdi. Prezidentin rəhbərliyi ilə müşavirə keçirildi, komissiya yaradıldı və məsələ kökündən həll olundu. Bu Prezident İlham Əliyevin özəl sektora, sahibkarlığa və xüsusilə, Azərbaycan vətəndaşına verdiyi dəyərin bariz nümunəsidir”. 

AZƏRFAKS Missiya.Az-a istinadən xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov Prezidentin “Diqlas”dakı yanğınla bağlı atdığı addımlardan danışarkən deyib.

YAP rəsmisi bildirib ki, vətəndaşa qayğı və diqqət dövlətimizin prioritetidir: “Bu səbəbdən hər bir vətəndaşımız dövlətimizə güvənir, arxalanır. Əmindirlər ki, dövlətimiz onlara hər cür köməkliyi göstərəcək. Bu dəfə də belə oldu. Özəl obyektlərdə fəaliyyət göstərən sahibkarlar cənab Prezidetin problemi kökündən həll edəcəyinə əmin idilər. Bu əminlik də dövlət başçısının yürütdüyü siyasətdən qaynaqlanır. Vətəndaşlar əmindirlər ki, cənab Prezident heç vaxt onları darda qoymaz”.

R.Əhmədov yanğından zərər görən sahibkarlara dövlət başçısının göstərdiyi dəstəyin cəmiyyət tərəfindən də yüksək qiymətləndirildiyini deyib. Eyni zamanda onu da qeyd edib ki, cəmiyyətdə yalnış fikirlər formalaşdırmağa, yanğın hadisəsindən öz məqsədləri üçün istifadə etməyə çalışan, vətəndaşların Prezidentə olan inamının günü gündən artmasından narahat olan təxribatçılar da var: “Azərbaycanda sosial bazası olmayan radikal müxalifət hər fürsətdən istifadə etməyə çalışır. Mən belə bir həsas məqamı öz məqsədləri üçün istifadə edənləri vətən xaini, satqın adlandırardım. Çünki dövlətini, vətənini sevən insan vətəndaşının çətin vəziyyətindən öz məqsədləri üçün istifadə etməz. Yanğın baş verən kimi mitinqlərlə bağlı bəyanat verənlər utanmalıdır. Elə onların təxribatçı əməllərinə ilk cavabı yanğından zərər görən sahibkarlar verdi. Onlar dövlətə, prezidentə sığındılar, icra başçısı ilə görüşdə ölkə başçısını dəstəklədiklərini bəyan etdilər. Yalnız problemlərini dilə gətirdilər və məsələnin həlli üçün dövlətdən kömək istədilər. Azərbaycan dövləti isə onların xahişlərini nəzərdən keçirdi və problemi bir günün içində həll etdi”.

Baxılıb: 158
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: