Siyasət
“Prezidentin apardığı islahatlar radikal müxalifəti “iflic” etdi” - Politoloq
A
“Prezidentin apardığı islahatlar radikal müxalifəti “iflic” etdi” - Politoloq
16:11 11.03.2019
"Onlar yenidən mühacir sənədləri satmaqla məşğul olmağa başladılar"

“Bu ilin ilk aylarında cənab Prezident öz çıxışlarında bildirdi ki, bu il bir çox islahatlar həyata keçiriləcəkdir, bu bəyanatdan dərhal sonra cənab Prezident şəhid ailələri ilə görüşlər keçirdi, onların problemlərinin həlli yolunda konkret olaraq addımlar atılması üçün fərman və sərəncamlar imzaladı. Bundan başqa qaçqın və məcburi köçkünlərə yeni mənzillərin verilməsi və problemli kreditlərin həlli ilə bağlı vermiş olduğu qərar vətəndaşların cənab Prezidentə olan inamının əbəs yerə olmadığını bir daha sübut etmiş oldu”.

AZƏRFAKS xəbər verir ki, bunu politoloq Ramiz Alıyev deyib.

Politoloqun sözlərinə görə, bu ilin başlamasından üç ay keçməsinə baxmayaraq ölkə başcısının əhalinin sosial rifahının yaxşılaşdırıması üçün imzaladığı fərman və sərəncamlar, həyata keçirmiş olduğu islatlar vətəndaşların dövlətə və dövlət başcısına olan bağlılığını daha da artırmış oldu və Azərbaycan xalqı bir daha əmin oldu ki, cənab İlham Əliyevi özlərinə Prezident seçməkdə yanılmayıb: “Məhz ona görə idi ki, ölkə başcısının regionlara səfərləri zamanı əhali ilə səmimi söhbətlər edən zaman xalqın öz rəhbərinə olan sevgisinin nə dərəcədə olmasına bir daha şahid olurduq, cənab Prezident regionlarda xalq ilə keçirdiyi görüşlər zamanı vətəndaşların sevgisi və alqışı ilə qarşılanırdı.

Bütün o gözəl anların qarşılığında əlbətdə ki, ölkəmizə düşmən olan ölkələr və lobbilər boş dayana bilməzdi. Ölkə xaricində dövlətimizə qarşı qaryaxma kampaniyaları aparmaqla yanaşı onların ölkəmizdə fəaliyyət göstərən əlaltıları olan Azərbaycanın radikal müxalifəti vasitəsi ilə də ölkə daxilində xaos yaratmağa, ixtişaşlar törətməyə cəhdlər etməsi gözlənilən idi. Əlbəttə, bu gün Azərbaycan dövlətinin Erminstan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin öz ədalətli həll yolu ilə yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması yolunda apardığı qətiyyətli və prinsipal mövqeyi, hərbi, siyasi və iqtisadi gücünün artırması, bütün beynəlxalaq təşkikatlarda söz sahibi olması, ölkə daxilində xalq ilə dövlətin birliyinin günü-gündən daha da möhkəmlənməsi nə ölkəmizə düşmən olan dövlətlərin, nə də ölkəmiz əleyhinə qarayaxma kampaniyalarının aparılmasına himayədarlıq edən lobbilərin planlarına uyğun deyildi. Buna görə də hər vəchlə çalışırlar ki, himayədarlıq etdikləri əlaltıları vasitəsi ilə ölkəmizə və dövlətimizə qarşı qaryaxma kampaniyaları həyata keçirsinlər. Ancaq onu xüsusən bildirmək istərdim ki, cənab Prezidentin apardığı islahatlar radikal müxalifəti “iflic” vəziyyətinə saldı və onların deyə biləcək heç bir sözü qalmadı və onlar yenidən mühacir sənədləri satmaqla məşğul olmağa başladılar”.(sia.az)

Baxılıb: 162