Diqqət mərkəzi
“Haykanuş”un yalanı, “müqəddəs ana”ya sədaqət və ya sadəcə yunusların “xatirəsi”
A
“Haykanuş”un yalanı, “müqəddəs ana”ya sədaqət və ya sadəcə yunusların “xatirəsi”
10:44 08.03.2019
Nicat DAĞLAR

Deyəndə ki, qayanesifət Leyla Yunusun problemi hakimiyyətlə, prezidentlə deyil, Azərbaycan dövləti və xalqı ilədir, bəziləri buna həyasızcasına ediraz edir, Leylanı hüquq müdafiəsi səhəsinin “çəpərinə” qonmuş “ağ göyərçin”, biraz da dərinə gedəndə isə  “qənədsiz mələk” qismində təqdim edirdilər…

Deyəndəki ki, bu haykanuşsifət Leyla hüquq müdafiəçisi adı altında əslində Azərbaycanın milli maraqlarına qarşı fəaliyyət göstərir, onun buradakı çərhaya bacıları tumanlarını başa çəkib şivən qoparır,  “Leylam oy” deyib diz döyürdülər… 

Deyəndəki ki, bu meqranuşsifət Leyla Azərbaycan xalqına, dövlətinə və bayrağına nifrət edir, özü də bu nifrət azərbaycanlıları bir-bir boğub öldürməyə hazır olacaq qədər dərindir, onun buradakı yandaşları qarşılıq vermək üçün dəridən-qabıqdan çıxır, “Leyla Yunus kimi layəqətli xanımları qorumaq şərəf məsələsidir” deyib, onun müdafiəsində boy sırası dayandırdılar…

***

Bu noranuşsifət Leylanın hansı məslək daşıyıcısı olduğu dünən bir daha aydın şəkildə ortaya çıxdı.  Avropa Parlamentinin binasında keçirilmiş ”Ermənifobiya: Tarix və bu günün yenindən aktuallaşan məsələsi” adlı tədbirdə dartanuşsifət Leylanın azərbaycanlılara qarşı “arqument” kimi istifadə olunan fikirlərinə diqqət edin: ”Azərbaycanda 10 yaşlı uşaqlar xristianların azərbaycanlıların düşməni olduğuna və ermənilərin qara geyimli inancsız insanlar olduğuna inanmağa təhrik edilir”.

Mən siranuşsifət Leylanın bu fikirlərinin həqiqətdən uzaq olduğunu göstərmək üçün burada Azərbaycanın gerçək şəklini çəkmək, ölkəmizdəki multikultural ənənələrin yaşadılması yönündə həyata keçirilən işləri, bu ölkədə dilindən və dinindən asılı olmayaraq hamının bir yerdə dostcasına yaşadığını göstərən dəlilləri siralamaq istəmirəm. Aydındır ki, tuxanuşsifət Leylanın dediklərinin Azərbaycana zərrə qədər də aidiyyatı yoxdur və əslində onun fikirləri bilavasitə Ermənistandakı mühiti, ermənilərin azərbaycanlılara münasibətini əks etdirir.

Mənə maraqlı olan bu şnoriksifət Leylaya qardaşlıq edənlərin, ən əsası da təmsil olunduğu Milli Şuranın mövqeyidir. Dünəndən gözüm milli təəsübkeşlik ruhunda verilmiş açıqlamaları, müsahibələri axtarır. Amma heç nə tapa bilmədim. Bir nəfər qabağa çıxıb, bu tuxanuşsifət silahdaşlarının dövlətə və xalqa qarşı yönəlmiş fikirlərinə münasibət bildirmir… Niyə susurlar? Olmaya zartanuşsifət Leylanın dediklərini bölüşür, onun ermənilərin əlinə oynamasını dəstəkləyirlər? Yəni doğrudanmı bu adamlara heç olmasa bir dəfə dövlət maraqlarından çıxış etmək bu qədər çətindir? Heç olmasa bir dəfə müxalifətçiliyi kənara qoyub Qarabağ naminə, şəhidlərimizin müqəddəs ruhu naminə milli maraqlarımızın müdafiəsində dayansalar, dünyamı dağılar? Axı onlar da dəqiq bilirlər ki, parzanuşsifət Leylanın Azərbaycan və azərbaycanlılar barədə dedikləri ağ yalandır. Bunu dilə gətirib milli təəsübkeşlik qanacağı nümayiş etdirməyi niyə ağır yük kimi qəbul edirlər?..  Bu suallara cavab tapmağı buraxıram oxucunun ixtiyarına. Hər halda hamı görür ki, anuşiksifət Leylanın ölkəmiz barədə uydurmaları Milli Şurada cəm olanların tükünü belə tərpətmir.  Bəlkə də aralarında, “Sağol Leyla xanım, dilinə qurban olum…” deyənlər də var…

Dəqiqdir: Belə müxalifətçilik olmur!

Qeqanuşsifət Leyla həbs olunarkən Əli Kərimli belə bir açıqlama vermişdi: “Yunuslar bu qaranlıq illərin acı xatirələrini bir az qüssə, bir az da qürurla gələcək nəsillərə xatirə kimi danışacaqlar”. Budur, danışırlar, azərbaycanlıları barbar kimi tanıtmağa çalışır, bu yolda bütün iyrəncliklərə əl atırlar. Elə Avropa Parlamentində səsləndirilmiş fikirlər vartanuşsifət Leylanın Azərbaycan və azərbaycanlılar barədə “xatirələri” idi… Əli Kərimli bunu nəzərdə tuturdu?

Mən indi təsəvvür edirəm ki, mayranuşsifət Leyla Azərbaycan Müdafiə Nazirliyinin informasiya və təhlil mərkəzinə rəhbərlik edəndə hansı oyunlardan çıxıb, hansı təxribatlara, hansı xəyanətlərə əl atıb…

Bu xain qadının azadlıqdakı hər dəqiqəsi haramdır!

Baxılıb: 131
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: