Diqqət mərkəzi
Diasporla İş üzrə Dövlət Komitəsində Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib
A
Diasporla İş üzrə Dövlət Komitəsində Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib
10:40 08.03.2019
Diasporla İş üzrə Dövlət Komitəsində Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib.

AZƏRFAKS xəbər verir ki, tədbirdə çıxış edən Komitə sədri bütün xanım əməkdaşları 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib və onların fəaliyyətini yüksək qiymətləndirib.

O, qeyd edib ki, bu gün Diasporla İş üzrə Dövlət Komitəsində çalışan qadınların böyük əksəriyyəti xaricdə təhsil alan və ya təcrübə keçən yüksək ixtisaslı kadrlardır. Məhz bunun nəticəsidir ki, onlar diaspor siyasətinə, bu sahədə beynəlxalq təcrübənin tətbiqinə böyük töhfələr verirlər. 

Komitədən musavat.com-a daxil olan məlumata görə, çıxış edənlər qadınların diaspor fəaliyyətində olduqca fəal iştirak etdiklərini və Azərbaycan diasporunun yeni inkişaf mərhələsinə yüksəlməsində peşəkarlıq nümayiş etdirdiklərini bildiriblər.

O da vurğulanıb ki, olduqca mürəkkəb və çoxşaxəli diaspor siyasəti dərin bilik və yeni yanaşmalar tələb edir. Diasporla İş üzrə Dövlət Komitəsinin bu işin öhdəsindən uğurla gəlməsində burada çalışan xanım əməkdaşların əvəzsiz rolu var.

Baxılıb: 159
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: