Diqqət mərkəzi
"Dövlətə xəyənət edənlərin hamısı cəzasını alacaq" - Ramin Əhmədov
A
11:19 06.03.2019
“Ermənistan xüsusi xidmət orqanlarının agenti Faxrəddin Abbasovun Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən həbs olunması düşmən ölkənin mətbuatını əməlli başlı əndişləndirib. Erməni saytları az qala hər gün Faxrəddin Abbasovun həbsindən yazır və bu hadisə ətrafında yalnış fikirlərin formalaşmasına çalışırlar”.

AZƏRFAKS xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov Ermənistan agenturasının təmsilçisi Faxrəddin Abbasovun həbs olunmasına münasibət bildirərkən deyib. 

R.Əhmədov hesab edir ki, uzun illərdir dövlətimizə qarşı açıq düşmənçilik fəaliyyəti ilə məşğul olmuş vətən xaininin Ermənistan mediası tərəfindən dəstəklənməsi və onun “məzlum obrazı”nın yaradılmasına cəhd edilməsində təəccüblü heç nə yoxdur: “Görünən odur ki, düşmən ölkə qiymətli agentini itirib və ona görə də hazırda çox ciddi narahatlıq içindədirlər”. 

Sədr müavini əlavə edib ki, F.Abbasov kimi vətənə xəyanət etmiş ünsürlərin hamısı gec-tez öz cəzalarını alacaqlar: “Faxrəddin Abbasov kimi düşmən agentinin həbs olunması bir daha göstərdi ki, kimliyindən və harada olmasından asılı olmayaraq dövlətimizə qarşı fəaliyyət göstərən, ölkədə qarşıdurmalar yaratmaq və daxili sabitliyi pozmaq məqsədilə çağırışlar edən, xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunaraq vətənə xəyanət yolunu tutanların hamısı bu əməllərinə görə cavab verəcək və bir gün mütləq ölkəyə gətirilərək qanunla müəyyən edilmiş cəzalarını alacaqlar. Heç kəs unutmasın. Bu dövlətin dayaqlarını sarsıtmaq mümkün deyil”.

Baxılıb: 105
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: