Diqqət mərkəzi
"Özümün və seçicilərimin adından cənab Prezidentə təşəkkür edirəm" - Qənirə Paşayeva
A
20:44 01.03.2019
"Vətəndaşların problemli kreditləri ilə bağlı məsələni Milli Məclisdə qaldıran millət vəkillərindən biri olaraq cənab Prezidentin problemli kreditlər məsələsini həll edəcəyinə inanırdım". 

AZƏRFAKS xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı imzaladığı fərmana münasibət bildirərkən deyib. Xanım Paşayeva qeyd edib ki, problemli kreditlərlə bağlı tez-tez vətəndaşlardan məktublar alıb: "Mənə müraciət edən vətəndaşlar hər zaman cənab Prezidentin onların bu problemini həll edəcəyinə inandıqlarını bildirirdilər. Cənab Prezidentin problemli kreditlərin həllinə yönələn fərmanı çox önəmli addımdır və bu fərmana görə özümün və seçicilərimin adından cənab Prezidentə təşəkkürümü bildirirəm". 

Q.Paşayeva vurğulayıb ki, sözügedən fərman yüzlərlə insanların problemini köklü şəkildə həll etmək imkanı verməklə yanaşı, onların sosial vəziyyətinə də müsbət təsir edəcək çox mühüm addımdır.

Baxılıb: 84
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: