Diqqət mərkəzi
“Sosial islahatlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilir” – Ramin Əhmədov
A
“Sosial islahatlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilir” – Ramin Əhmədov
14:46 27.02.2019
“Azərbaycanda sosial məsələlərin həlli yönündə həyata keçirən siyasət mövsümi mahiyyətdə deyil, davamlı və prinsipial xarakter daşıyır”

“Bu gün Azərbaycanda mükəmməl sosial təminat sistemi qurulub. Bilavasitə Prezident İlham Əliyevin iradəsinə söykənən bu sistemin dayanıqlığını və davamlılığını təmin edən isə sözsüz ki, dinamik inkişafda olan iqtisadiyyatdır”.

AZƏRFAKS xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov ölkədə aparılan sosial islahatları və bu islahatlara ölkə əhalisinin münasibətini şərh edərkən deyib.

R.Əhmədov qeyd edib ki, zəif iqtisadi göstəricilər reallığında sosial məsələlərə lazımi diqqət ayırmaq mümkün olmur, dövlət əhalinin sosial müdafiəsini gücləndirməkdə çətinlik çəkir: “Prezident İlham Əliyevin sayəsində isə Azərbaycanda bütün sahələrin inkişafına təkan verən güclü iqtisadi rıçaqlar yaradılıb, daim hərəkətdə olan mexanizm qurulub. Bunun da nəticəsidir ki, bu gün ölkəmizdə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması məsələsi daim diqqət mərkəzinə gətirilir, bu istiqamətdə ardıcıl proqramlar həyata keçirilir, sistemli addımlar atılır. Prezident İlham Əliyevin ötən 15 ili əhatə edən fəaliyyətinin təhlili də göstərir ki, o, sosial məsələlərin həllinə həmişə xüsusi maraqla yanaşıb, aztəminatlı ailələrin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına davamlı dəstək göstərib. Hakimiyyətə gəldiyi ilk günlərdə elan etmişdi ki, yürüdüləcək siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanacaq və ölkə əhalisinin yaşayış səviyyəsinin yüksəldilməsi onun əsas hədəfləri sırasında olacaq. Hər ötən dövr göstərdi ki, İlham Əliyev öz prioritetlərinə sadiqdir.  Bu vaxta qədər məhz dövlət başçısının təşəbbüsü ilə sosial sahəni əhatə edən bir sıra proqramlar həyata keçirildi, geniş əhatə dairəsinə malik böyük layihələr icra olundu. Hətta dövlətin gəlirləri azaldığı illərdə belə Prezident büdcənin sosial yükünü azaltmadı, sosial infrastruktur layihələrinin icrasında ləngimələrin yaranmasına imkan vermədi. Böhran səbəbindən bəzi ölkələrdə maaş və pensiyalar azaldığı halda, Azərbaycanda maaş və pensiyalar artırıldı, sosial təşəbbüslər gündəmdən salınmadı. Təkcə bu fakt göstərdi ki, İlham Əliyev daim ölkə vətəndaşlarını düşünür, onların sosial problemlərinin həllinə  xüsusi həssaslıqla  yanaşır”.

R.Əhmədov məcburi köçkünlər, müharibə əlilləri, veteranlar və şəhid ailələrinə Prezidentin daim diqqət göstərməsindən, onlara əlahiddə qayğı ilə yanaşmasından da danışıb: “Bu vaxta qədər köçkünlər üçün 100-dən çox şəhərcik tikilib. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 6500-dən çox mənzil verilib və bu proses davam edir. 2019-cu il ərzində daha 800 mənzilin verilməsi nəzərdə tutulub. Şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik maddi yardımın verilməsini də xüsusi qeyd etməliyik. Bu kimi yanaşmalara, bu kimi diqqət və qayğı göstiricilərinə başqa hansı ölkədə rast gəlinir? Tam əminliklə deyə bilərəm ki, sadaladığım hallar ancaq Azərbaycan üçün xarakterikdir və bu da birmənalı şəkildə ölkə rəhbərinin şəxsi təşəbbüslərindən irəli gəlir”.

R.Əhmədov islahatların yeni mərhələsindən söz açaraq, Prezidentin imzaladığı son sərəncamların ölkə əhalisi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayııb: “Ötən ilin ortalarından gözlənilirdi ki, 2019-cu ildən ölkədə islahatların yeni mərhələsi başlayacaq. Belə də oldu və biz indi islahatların daha aktiv fazaya keçidini, 2019-cu il üçün nəzərdə tutulan sosial paket elementlərinin tədricən açıqlanması prosesini müşahidə etməkdəyik.  Ölkə əhalisi də bunu hiss edir və hər kəs aydın şəkildə görür ki, dövlət başçısı həmişə olduğu kimi, bu gün də əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bütün zəruri addımları atır. Müavinətlərin artırılması ilə bağlı son məlum sərəncam da göstərdi ki, Azərbaycanda sosial məsələlərin həlli yönündə həyata keçirən siyasət mövsümi mahiyətdə deyil, davamlı və prinsipial xarakter daşıyır.  Biz cəmiyyət içində oluruq, sıravi vətəndaşlarla söhbət aparırıq və əminliklə deyə bilərik ki, sosial sahədə aparılan islahatlar, sosial təminat sahəsinin daha gücləndirilməsi və ölkədə yaşayış səviyyəsinin yüksəldilməsi istiqmətində görülən işlər cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. İnsanlar görür ki, dövlət həmişə onların yanındadır. Bunun da nəticəsidir ki, dövlət-xalq birliyi günü-gündən möhkəmlənir, Prezident İlham Əliyevin Azərbaycanı daha böyük uğurlara aparacağına olan inam daha da güclənir”.

Baxılıb: 70
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: