Sosial
Bakda "Villa Inn" otelinin açılışı olub - FOTO
A
Bakda
10:23 12.02.2019
Bakıda “Villa Inn”  otelinin açılış mərasimi keçirilib. Tədbirdə  Azərbaycan   Turizm  Assosiasiyasının,  SKAL-ın üzvləri  və mətbuat nümayəndələri iştirak ediblər.   

“Villa Inn ” otelinin  baş meneceri Turqay Arı qonaqları salamlayaraq onlara  turistlər üçün yaradılmış müxtəlif imkanlar  haqqında ətraflı məlumat verib. Turqay Arı bildirib ki, “Villa Inn”  otelində tam peşəkar komanda işləyir və oteldə qalan qonaqlara Azərbaycanı daha yaxından tanımaq üçün ekskursiyalar da təşkil olunacaq. Otelin qonaqlarına əvvəlcədən fərdi olaraq ekskursiya proqramları hazırlanacaq və onların e-mail ünvanlarına göndəriləcək. Təsdiq olunmuş proqramın həyata keçirilməsində qonaqlara otelin peşəkar komandası tərəfindən  hər bir dəstək göstəriləcək.  

“Villa Inn ” otelinin peşəkar komandası Azərbaycanda turizmin işkişafına öz töhvəsini verəcək.

“Villa Inn”  otelində  beynəlxalq standartlara cavab verən hər bir şərait yaradılıb. Otel 39  otaq nömrələrindən ibarətdir. Nömrələrdən ikisi "Business suit ”,  biri "Juniour suit ”, 21 -i "Superior”, 15-i isə "Standart ” otaqdır.  

Otelin her iki restoranı (Villa Restoran ve Villa Terrace lounge) həftənin 7 günü 24 saat fəaliyyət göstərir. Otelin restoranında peşəkar aşpazlar tərəfindən Azərbaycan və Avropa mətbəxinin təamları hazılanır. Villa Inn oteli  qonaqlarının yay mövsümündə çoxluqla istifade edəcəyi böyük teras ve baxçayla təmin olunmuşdur. Otelin qonaqları pulsuz Wi Fi,  Biznes  otaqlarə  və  konfrans zalından da istifadə edə bilərlər. Oteldə qiymətlər iki nəfərlik standart otaqlarda bir nəfər üçün 30 AZN-dən başlayacaq. Otel www.booking.com  və digər sistemlərə qoşulub.  

Qeyd edək ki,  “Villa Inn”   oteli  Teymur Əliyev küçəsi ilə paralel  Hindistan sefirliyinin qarşısında - Ceyhun  Hacıbəyli küçəsi 125  ünvanda yerləşir.  Otelin fəaliyyəti ilə bağlı daha ətraflı məlumat almaq üçün 012 310 3929 və ya 050 383 4004 telefon nömrəlerinə zəng vurmaq olar. 

Bununla yanaşı, www.villainnhotel.com saytı və info@villainnhotel.com elektron ünvanından da yararlanmaq mümkündür. 
Baxılıb: 104
Sosial bölməsinin digər xəbərləri: