Diqqət mərkəzi
QHT sədri beynəlxalq təşkilatlara bəyanat ünvanladı: “Ermənistan həbsxanasında ölən siyasi məhbusa görə niyə susursunuz?”
A
QHT sədri beynəlxalq təşkilatlara bəyanat ünvanladı: “Ermənistan həbsxanasında ölən siyasi məhbusa görə niyə susursunuz?”
11:50 29.01.2019
Ermənistanda partiya sədrinin müavini, siyasi məhbus Mher Yeğizaryan 52 günlük aclıq aksiyasından sonra 26 yanvar tarixində həbsxanada ölüb. Hadisə ilə bağlı beynəlxalq təşkilatlardan heç biri bu dəhşətli hadisəyə reaksiya verməyib."Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası” İctimai Birliyinin sədri, internet-media ekspert Səbuhi Abbasov hadisə ilə bağlı beynəlxalq təşkilatlara bəyanar ünvanlanıb.

Bəyanatda deyilir: "Məlum olduğu kimi, Ermənistanda partiya sədri Mqer Yeqiazaryan 52 günlük aclıq aksiyasından sonra həbsxanada dünyasını dəyişib. Lakin onun keçirdiyi aclıq aksiyası nəticəsində ölməsinə nə AŞPA, Avropa Parlamenti, nə ATƏT, nə Amerika Senatı, nə də digər beynəlxalq qurumlar reaksiya veriblər. Hətta bu fakta dünyanın populyar KİV-lərinin də münasibəti yoxdur. Fakt budur ki, M.Yeqiazaryanın həbsi sırf siyasi motivdə olub və o, həbsxanada aclıq edən siyasi məhbus kimi ölüb.

Bu da Ermənistanda siyasi mənzərənin xaos içində olduğunun göstəricilərindən biridir. Beynəlxalq qurumlar isə bunu görməzliyə vururlar. Qeyri-siyasi motivlərə, daha doğrusu, məişət məsələsinə görə həbs edilən Mehman Hüseynovun həbsini gündəliyə çıxaran, onu "siyasi məhbus” elan edərək qətnamələr qəbul edən Avropa Şurası, ABŞ Senatı, eləcə də digər qurumlar görəsən Ermənistanda baş verən siyasi olaya niyə susqunluqla yanaşırlar?Ümumiyyətlə, beynəlxalq təşkilatlar Ermənistanda baş verən bu dəhşətli hadisəni pisləyən müvafiq qətnamə qəbul etmək əvəzinə susurlar.

Həbsxanada ölən partiya sədrinin ailə üzvləri, oğlu dəfələrlə beynəlxalq qurumlara müraciət ediblər, bu məsələ ilə əlaqədar mətbuat konfransı keçiriblər. Buna baxmayaraq hadisəyə, fakta heç bir reaksiya verilməyib. M.Yeqiazaryanın cinayətkar olmadığı, siyasi motivlərə görə həbs olunduğu da artıq təsdiqlənmişdi. Bu cinayət işinə dəfələrlə Paşinyanın müdaxilə etməsini istəyiblər, lakin hər hansı bir formada bu işə müdaxilə olunmayıb. Bütün bu proseslər faktın özünün nə qədər siyasi motivli olduğunu sübuta yetirib və belə olduğu təqdirdə, beynəlxalq təşkilatların susması sadəcə təəssüf hissi doğurur.

Biz vətəndaş cəmiyyətinin üzvü olaraq Sizin kimi mötəbər təşkilatın ikili standarta yol verməsini təəssüf hissi ilə qarşılayır, nə qədər ki, gec deyil, ədalət naminə hadisəyə hüquqi-siyasi qiymət verilməsini tələb edirik. İrqindən, dinindən, milliyətindən asılı olmayarq hər kəsə, hər bir xalqa, hər bir dövlətə yanaşma eyni olmalıdır. Bu Vətəndaş Cəmiyyətinin təməl prinsipidir.

 
Hörmətlə,

Səbuhi Abbasov

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri,

internet-media ekspert

Baxılıb: 65
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: