Sosial
Volqaqradda 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd olunub
A
Volqaqradda 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd olunub
19:06 20.01.2019
Volqaqraddda Azerbaycanlıları diaspor təşkilatının təşəbbüsü ilə  20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. 

Diaspor fəallarının qatıldığı mərasimdə çıxış edən Volqaqrad Azərbaycanlıları Diaspor Təşkilatının sədri Saday Quliyev 20 Yanvar hadisələri haqqında danışaraq qeyd edib ki, Azərbaycan öz müstəqilliyini qeyrətli övladlarının qanı bahasına əldə edib: 

“Şəhidlərimizin xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq. Xalqımız şəhidlərimizin əziz xatirəsini hər zaman uca tutacaq". 

Saday Quliyev 20 Yanvar hadisələrindən dərhal sonra Ulu Öndər Heydər Əliyevin heyatını təhlükəyə atararaq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedib, bu cinayətə etiraz etməsindən və 20 Yanvar hadisələrinə layiqli qiymət verilməsi yönündə atdığı böyük addımlardan da söz açıb.

Anım mərasimində digər diaspor fəalları da çıxış edərək xalqımızın qəhrəmanlığından danışıblar. 

Daha sonra şəhidlərimizin ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.
Baxılıb: 665
Sosial bölməsinin digər xəbərləri: