Diqqət mərkəzi
Ərdoğan Suriyada İŞİD-in məğlubiyyətə uğradığını bildirib
A
Ərdoğan Suriyada İŞİD-in məğlubiyyətə uğradığını bildirib
09:26 08.01.2019
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İŞİD terror təşkilatı Suriya ərazisində məğlubiyyətə uğradılıb.

AZƏRFAKS xəbər verir ki, bu barədə məqalə "The New York Times" qəzetində dərc olunub.

"Hərbi nöqteyi nəzərindən, İŞİD Suriyada məğlubiyyətə uğrayıb. Türkiyə, bununla əlaqədar ölkədə vəziyyətin normallaşdırılması və radikallaşma səbəblərinin aradan qaldırılması üçün öz strategiyasını təklif etmək niyyətindədir", - deyə o bildirib.

Dərc olunan materialda Ərdoğan həmçinin bəzi dövlətlərin İŞİD-lə mübarizə bəhanəsi altında Suriyanın daxili işlərinə qarışmasından narahatçılığını ifadə edib.

Daha əvvəl Suriyada terrorçu İŞİD və PKK qruplaşmaları arasında atışma olub.

Baxılıb: 149
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: