Diqqət mərkəzi
"Diaspor Komitəsi hadisəyə həssas yanaşdı, lazımi köməklik göstərildi" - Rusiyadakı qəza barədə
A
12:40 05.01.2019
Yeni il ərəfəsində Rusiyada azərbaycanlıların düşdüyü yol qəzası, onlara göstərilən maddi və tibbi yardımla bağlı bəzi media orqanlarında müxtəlif məlumat yayılıb. Məlumatlarda bildirilir ki, Rusiyadakı diaspor təşkilatları yaralanan və dünyasını dəyişən azərbaycanlılarla bağlı heç bir maddi və mənəvi dəstək göstərməyib.

AZƏRFAKS-ın məlumatına görə, Rusiyada fəaliyyət göstərən “Birlik” Voronej İctimai Təşkilatının sədri Mehdi Mehdiyev Azadınform-a bildirib ki, diaspor təşkilatı hadisə baş verən andan zərərçəkənlərin yanındadır: “Məsələ ilə bağlı bildiririk ki, yayılan materialda əks olunan fikirlər həqiqətə uyğun deyil və ya təhrif edilib. Hadisə dekabrın 24-ü saat 11 radələrində Varonejdən 300 kilometr aralı Rostov istiqamətində baş verib. Varonej vilayətinin Fövqəladə Hallar Nazirliyi hadisə barədə xəbər verən kimi, biz ora getdik. Baş vermiş hadisəyə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi də həssas yanaşaraq bizimlə əlaqə saxlayıb. Bütün mümkün köməkliklərin göstərilməsi tövsiyə edilib, eyni zamanda Dövlət Komitəsi mütəmadi olaraq  proseslə maraqlanıb.

Biz hadisə yerinə çatanda 2 azərbaycanlı həlak olmuşdu, yaralılar  var idi. Yaralıları yaxınlıqdakı Boquçar şəhər xəstəxanasına yerləşdirdilər. Dərhal dövlət orqanları ilə birlikdə hadisənin araşdırılması ilə məşğul olduq, diaspor üzvləri öz gücünə cənazələri Azərbaycana göndərdi, bütün nəqliyyat xərclərini çəkdik. Təşkilatimızın üzvü Bəxtiyardan xahiş etdik ki, proseslərə nəzarət etsin. Biz rəhmətə gedənlərin cəsədlərini 150 kilometr kənarda başqa şəhər Məhkəmə ekspertizasına gətirdik. İki gündən sonra cənazələr Azərbaycan göndərildi. Yaralı Məlahət Həsənova ağır vəziyyətdə olduğuna görə, təşkil etdik ki, onu Voronejə gətirsinlər. Hazırda, Məlahət xanım xəstəxanada nəzarətdədir, əməliyyat olunması gözlənilir. Biz Azərbaycan cəmiyyəti olaraq əlimizdən gələni etmişik. Cəmiyyətin üzvü Bəxtiyarın da çəkdiyi bütün xərcləri ödədik. Hazırda hər şey qaydasındadır. Axırıncı xəstəni bu gün xəstəxanadan çıxardıq, yəqin ki, ya bu gün, ya sabah Azərbaycana yola salacağıq”.



Baxılıb: 88
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: