Aktual
Onun hər yazısı dövlətə xidmət amalı ilə qələmə alınır - Valeh Mirzənin 62
A
Onun hər yazısı dövlətə xidmət amalı ilə qələmə alınır - Valeh Mirzənin 62
13:01 13.12.2018
Bu gün Azərbaycanın tanınmış şair və publisisti valeh Mirzənin 62 yaşı tamam olur. 

Mirzəyev Valeh Əvəz oğlu (Valeh Mirzə) 1956-cı il 13 dekabrda Cəlilabad rayonun Ləkin kəndində anadan olub.1974-cü ildə Ləkin kənd orta məktəbini bitirib.1976-cı ildə M.F.Axundzadə adına Rus dili və Ədəbiyyat İnstituna (indi ki,Bakı Slavyan Universiteti) daxil olub.1981-ci ildə İnstitunu bitirdikdən sonra Cəlilabad rayonun Xəlilli kənd 8-illik məktəbində rus dili və ədəbiyyat müəllimi çalışıb.1984-cü ildən 2000-ci ilədək "Azərbaycan pioneri" indiki "Savalan" qəzetində müxbir, baş redaktor müavini və baş redaktor vəzifələrində çalışıb. 2000-2001-ci illərdə "Bakı Post" qəzetində ,2001-2007-ci illərdə isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi orqanı olan "Azərbaycan müəllimi" qəzetində baş redaktor vəzifələrində çalışıb.

Valeh Mirzə şair kimi yaradıcılığa yeniyetmə yaşlarından başlayıb.İlk şeirləri 1972-1973-cü illərdə "Azərbaycan pioneri", "Azərbaycan gəncləri" qəzetlərində dərc olunub. 2004-cü ildə Azərbaycan Respublikası Prezdenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub. 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin  və Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. .Müxtəlif illərdə "Araz" Ali ədəbi və "Azərbaycan bayrağı" media mükafatlarına layiq görülüb. 2005-ci ildə Avropa Nəşr və Mətbuat evi tərəfindən "İlin ən yaxşı vətənpərvər şairi" medalı ilə təltif olunub. Ulu öndər Heydər Əliyev haqqında iki eyni adlı "Azərbaycan dövlətçiliyinin qoşa qanadı" kitabına görə 27.12.2004-cü ildə Heydər Əliyev adına Beynəlxalq Forumun 1-ci diplomuna layiq görülüb.

Valeh Mirzə 15 kitab müəllifidir. 9-cu "Söz ilə qazandın əbədiyyəti" kitabı görkəmli alim Mir Cəlal Paşayevin 100-illik yubileyinə həsr olunub. Valeh Mirzə bu gün də mətbuatda müxtəlif analitik məqalələrlə çıxış edir. Onun yaradıcılığının əsas istiqamətini dövlətçilik təbliğatı təşkil edir. Azərbaycanın uğurlarına kölgə salmağa çalışan, dövlətimizə qarşı qarayaxma kampaniyası aparan xəyanətkarlara qarşı sərt yazıları ilə seçilən Valeh Mirzə son dövrlər milli mətbuatın vəziyyətinə dair araşdırmaları ilə də diqqət çəkir.

1993-cü ildə Yeni Azərbaycan Partiyası yarananda bu partiyaya ilk qoşualanlardan olub və bu vaxta qədər öz siyasi mövqeyində qətiyyət nümayiş etdirir. 

Valeh Mirzəni doğum günü münasibəti ilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Baxılıb: 329