Sosial
Müğənni olmaq arzusunda olan gənclərə səsyazma studiyasından dəstək kampaniyası
A
Müğənni olmaq arzusunda olan gənclərə səsyazma studiyasından dəstək kampaniyası
17:31 05.11.2018
"Samamuzikstudio"səsyazma studiyası müğənni olmaq arzusunda olan gənclər üçün maraqlı bir kampaniyaya start verib. 

Bu barədə Movqe.az-a "Samamuzikstudio"nun rəhbəri, gənc və istedadlı müğənni Məhəmməd Aydın məlumart verib. 

M. Aydın bildirib ki, səsinə və özünə güvənən, efirdə, səhnələrdə olmaq istəyən estrada janrında ifa etmək bacarığı olan 30-yaşa qədər gənclər səsyazma studiosuna müraciət edə bilər. İstedadlı gənclərə yeni bəstələr, klip çəkilişi də məhz "Samamuzikstudio" tərəfindən həyata keçiriləcək. 

M. Aydın bunun bir müsabiqə olmadığını, əsas məqsədin şou-biznesdə ilk addımlarını atan gənclərə dəstək məqsədi daşıdığını bildirib. 

Baxılıb: 84
Sosial bölməsinin digər xəbərləri: