Sosial
“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 27-ci sayı nəşr olunub
A
“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 27-ci sayı nəşr olunub
12:32 23.10.2018
“Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 27-cı sayı işıq üzü görüb. 

AZƏRFAKS xəbər verir ki, sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda rəsmi xronika, sənətşünaslıq, tarixşünaslıq, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr yer alıb.

Jurnalın bu sayında akademik İsa Həbibbəylinin “Naxçıvan-İslam mədəniyyətinin paytaxtı”, t.e.d., prof. Vidadi Muradovun “Qobustan gündəliyi”, sənətşünaslıq doktoru, prof. Kübra Əliyevanın “Qafqaz Albaniyasında zoomorf keramika” (AMEA Memarlıq və İncəsənət İnstitutu), i.ü.f.d. Yunus Sadıqovun “Azərbaycanda yunçuluq və xalçaçılıq” (AMEA İqtisadiyyat İnstitutu),  t.ü.f.d. Cavid Bağırzadənin “Gəncə Xalça-Çahud Kombinatı” (Gəncə Dövlət Universiteti), Gülzadə Abdulovanın “Keçənin milli geyim mədəniyyətinin inkişlafında yeri” (AMEA Milli Azərbaycan Tarixi Muzeyi),  tex.e.ü.f.d Validə Paşayevanın “”Bərdə” xalçasının kompozisiyası və transformasiyası” (Atatürk Universiteti, Türkiyə Respublikası), Sevda Məmmədovanın “Tikmə sənəti və onun özəllikləri” ( Şirvanşahlar Sarayı Kompleksi), t.ü.f.d. Ramil Ağayevin “Ərəb xilafəti dövründə Azərbaycanın hüdudları və əhaıisi ibn Xəldunun təsvirində” (AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu), t.ü.f.d. Yaşar Rəhimovun “Duzdağın 1901-1907-ci illər tarixinə dair” (AMEA Naxçıvan Bölməsi Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu), Emiliya Əliyevanın “Xanlıqlar dövründə Azərbaycanın Xəzərsahili bölgələrində əkinçiliyin vəziyyəti” (AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu), Şöhrət İbadovun “Lənkəran şəhəri əhalisinin təsərrüfat həyatına dair (XIX-XX əsrin əvvəlləri)” (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu), Toğrul Xəlilovun “Naxçıvanda qalaların yayılma arealı” (AMEA Naxçıvan Bölməsi Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu) və s. kimi məqalələr yer almışdır.

Jurnalın baş redaktoru Əməkdar incəsənət xadimi, tarix elmləri doktoru, professor Vidadi Muradovdur.       

Oxucular jurnalın elektron variantı ilə http://azerilme.az/Azerbaycan-xalcalari/2018N27/ ünvanında tanış ola bilərlər. 

Baxılıb: 76
Sosial bölməsinin digər xəbərləri: