Diqqət mərkəzi
Sabah Filarmoniyada anşlaq yaşanacaq - Aybəniz Haşımovanın yubiley konserti
A
Sabah Filarmoniyada anşlaq yaşanacaq - Aybəniz Haşımovanın yubiley konserti
09:24 23.10.2018
Sabah oktyabrın 24-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında professional musiqi sənətinin parlaq nümayəndələrindən olan görkəmli səntkar Aybəniz Haşımovanın yubiley konserti keçiriləcək.

AZƏRFAKS xəbər verir ki, konsert Aybəniz Haşımovanın ustadı, SSRİ xalq artisti, Şövkət Ələkbərovanın xatirəsinə həsr olunub. 

Mədəniyyət Nazirliyi və Dövlət Filarmoniyasının təşkilatçılığı ilə keçiriləcək konsertə tamaşaçılar böyük maraq göstərir. İticket.az saytındakı son göstəricilərə görə, konsertə biletlər olduqca məhdud sayda qalıb. Saytdakı bildiriş lövhəsinin üzərində yer alan “ÇOX SATILAN” qeydi də göstərir ki, sabahkı konsertdə anşlaq yaçanacaq. 

Qeyd edək ki, 1979-cu ildə böyük səhnəyə gələn Aybəniz Haşımova ustadı Şövkət Əlkəbərovanın qarşısına 1981-ci ildə məhz Filarmonaiyanın səhnəsində çıxıb.

Azərfaks
Baxılıb: 73