Sosial
“Sarıqamış”da əsir düşən hərbçilərin xatirəsinə tamaşa hazırlandı - "Azdrama"da
A
“Sarıqamış”da əsir düşən hərbçilərin xatirəsinə tamaşa hazırlandı -
17:27 18.10.2018
Türkiyənin Azərbaycandakı səfirliyinin himayəsi və TÜİB-in dəstəyi ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşa nümayiş olunacaq.

AZƏRFAKS BakuPost-a istinadən xəbər verir ki, tamaşa 1914-1915-ci illərdə rus-türk cəbhəsində "Sarıqamış” əməliyyatında əsir düşmüş və Nargin adasında çox ağır şəraitdə saxlandıqlarına görə əksəriyyəti həlak olmuş, minlərlə türk hərbçilərinin və azərbaycanlı mülki vətəndaşların xatirəsinə ithaf olunub. Tamaşa 24 Oktaybr 20.00-da göstəriləcək.

Azərbaycan və Türkiyənin rəsmi şəxsləri də tamaşaya baxmağa gələcəklər.

Biletləri Caspian Plaza, 1-ci korpus, 12-ci mərtəbə TÜİB ofisindən əldə edə bilərsiniz.

Əlaqə nömrəsi: +994516415858

Baxılıb: 123
Sosial bölməsinin digər xəbərləri: