Diqqət mərkəzi
Naxçıvanda elektromobil istehsal olunacaq - NAZ fəaliyyətini genişləndirir
A
Naxçıvanda elektromobil istehsal olunacaq - NAZ fəaliyyətini genişləndirir
10:55 04.10.2018
Azərbaycanda elektromobil istehsal olunacaq. 

AZƏRFAKS xəbər verir ki, bu barədə məlumatı Naxçıvan Avtomobil Zavodunun direktoru Musa Abdullayev verib. Onun sözlərinə görə, artıq bu istiqamətdə NAZ-da hazırlıqlara başlanılıb. Layihənin qısa zamanda həyata keçirilməsi planlaşdırılır.

Bundan başqa, Naxçıvan avtomobil zavodunda “LİFAN miniven”lərinin bazasında təcili tibbi yardım üçün istifadə oluna biləcək avtomobillərin istehsalı da nəzərdə tutulur. 2019-cu ilin əvvəlində təcrübə-sınaq məqsədilə eksperimental nümunələrinin yığımı da həyata keçiriləcək.

Musa Abdullayev qeyd edib ki, 2010-cu ildən fəaliyyət göstərən zavodda bu günədək 5 mindən çox avtomobil istehsal olunub. Zavodda ilkin olaraq “LİFAN” markalı 4 model avtomobil istehsal olunub və “NAZ-LİFAN” brendi altında satışa çıxarılır. Hazırda ticari avtomobillər də daxil olmaqla, 14 fərqli model istehsal edilir.



Baxılıb: 95
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: