İqtisadiyyat
Azərbaycan nefti bahalaşmaqda davam edir
A
Azərbaycan nefti bahalaşmaqda davam edir
08:24 03.10.2018
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 1-də 85,94 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,16 dollar/barel çoxdur.

AZƏRFAKS xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 1-də 85,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,16 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 1-də 82,26 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,16 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 1-də 84,69 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,04 dollar/barel çoxdur.

Baxılıb: 460