Diqqət mərkəzi
YAP fəalının Paşinyana cavabı Türkiyə mediasında – “Paşinyan sokak adamıdır”
A
YAP fəalının Paşinyana cavabı Türkiyə mediasında – “Paşinyan sokak adamıdır”
15:35 20.09.2018
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədovun Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla bağlı son məlum bəyanatına dair ölkə KİV-də dərc olunmuş fikirləri Türkiyə mətbuatının da böyük diqqətinə səbəb olub. 

Xatırladaq ki, Paşinyanı məsuliyyətini dərk etməyən tasadüfi siyasətçi adlandıran R.Əhmədov sözügedən açıqlamasında Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin hərbi xidmətə yollanması barədə fikirlərini də bölüşmüşdü: "Cəmiyyət cənab Prezidentin oğlunun xüsusi fiziki göstəricilərə malik olan əsgərlərin cəm olduğu və yüksək döyüş qabiliyyətli hərbi birləşmədə xidmətə başlamasını alqışlayır. Heç kəs üçün sirr deyil ki, Heydər Əliyevin qulluq etdiyi hərbi birləşmədə digər hərbi hissələrdən fərqli olaraq daha sərt tələblər hökmranlıq edir. Burada xidmət öz ağırlığı ilə seçilir. Paşinyanın oğlu isə “hərbi xidmət” adı altında avaralıq edir, əsgər sırasında dayanmır, günlərini hərbi hissədən kənar yerlərdə keçirir. Bu barədə Ermənistan mətbuatında çox sayda məlumatlara rast gəlmək olar”.

R.Əhmədovun bu fikirləri Türkiyənin onlarla xəbər saytlarında yayımlanıb. Qardaş ölkə mediasının 20-dən artıq xəbər ünvanda (memeleket.com.tr, haberiniz.com.tr, adanaflash.com, igdirim76.com və s) azərbaycanlı siyasətçinin açıqlaması, “ Paşinyan kışkırtıcı karaktere sahip sokak adamıdır ”, “Ramin Ahmedov’dan Ermenistan Başbakanı Nikol Paşinyan’a sert eleştiri” kimi başlıqlarla yayımlanıb.
Baxılıb: 70
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: