Sosial
“Vikipediya”da Azərbaycanın Milli qəhrəmanları haqqında ingilis dilində məqalələr yaradılıb
A
“Vikipediya”da Azərbaycanın Milli qəhrəmanları haqqında ingilis dilində məqalələr yaradılıb
15:19 20.09.2018
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Vikipediyada Milli qəhrəmanlarımız haqqında ingilis dilində məqalələr yaradılıb.

Məqalələrdə Azərbaycanın Milli qəhrəmanları – Mikayıl Cəbrayılov, Mövsüm Məmmədov, Zakir Yusifov, Əliyar Əliyev, Səfiyar Behbudov, Mehdi Abbasov, Aslan Atakişiyev, Koroğlu Rəhimov,Nofəl Quliyev,Valeh Müslümov, Vüqar Hüseynov, Yusif Əliyev, Cəlil Səfərov, Elgiz Kərimov, Fərhad Hümbətov, Fəxrəddin Musayev, Fikrət Hacıyevin həyatı və keçdikləri döyüş yolu barədə ətraflı məlumat verilir.

Mərkəzin könüllüləri tərəfindən xarici dillərdə olan ”Vikipediya”larda digər Milli qəhrəmanlarımız haqqında da məqalələrin yaradılması üzərində iş aparılır.

Baxılıb: 131
Sosial bölməsinin digər xəbərləri: