İdman
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb
A

09:44 19.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb.
Bu barədə məlumatı AZƏRFAKS-a Azərbaycan Üzgüçülük Federasiyasının Mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov verib.
Onun sözlərinə görə, sentyabrın 14-15 də Qətərin paytaxtı Dohada üzgüçülük üzrə dünya kubokunun ikinci mərhələsinin ikinci günündə Azərbaycan idmançısı Maksim Şemberev kişilər arasında 200 metr məsafəyə batterflay üsulu ilə yarışda qalib olaraq ən yüksək pillədə yer alıb. Maksim Şemberev 1.58.46 göstərici ilə qızıl medal qazanıb.
200 metr məsafəyə batterflay üsulu ilə yarışda ikinci yerə avropa çempionu Macarıstan idmançısı David Verrasto, 3-cü yerə isə Çin komandasının idmançısı Yuhanq Vu çıxıb.
Yarışın ikinci günü 400 metr qarışıq üsül ilə üzmə yarışlarında isə Maksim Şemberev 4.13.61 nəticə ilə gümüş medal qazanıb. O bu yarışda 1000-də aniyə fərq ilə yalnız avropa çempionu Macarıstan idmançısı David Verrastodan dala qalıb.
Maksim Şemberev sentyabrın 28-29 da Niderlandın Eytxoven şəhərində keçiriləcək üzgüçülük üzrə dünya kubokunun üçüncü mərhələ yarışlarında iştirak edəcək.
İdman bölməsinin digər xəbərləri:
22:46 21.01.2019
Pərviz Abdullayev “İlin döyüşü”nominasiyasının qalibi olub-VİDEO
13:39 03.01.2019
Azərbaycan Gimnastika Federasiyası bu il bir neçə nüfuzlu yarışa ev sahibliyi edəcək
18:14 08.10.2018
Xəyal Əhmədovun uğuru Türkiyə mediasında - FOTO
12:15 08.10.2018
Dünya şöhrətli kikboksçumuzdan daha bir parlaq qələbə - Almaniyada
10:41 03.10.2018
Azərbaycan Avtomobil Federasiyası drift məktəbinə qəbul elan edir
09:44 19.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb
13:17 12.03.2018
“Tank” ləqəbli kikboksçumuz Almaniyada dünya kəmərini qazandı
21:19 08.10.2017
Dünya şöhrətli kikboksçumuzdan daha bir inamlı qələbə - Almaniyada
08:39 23.05.2017
Azərbaycan İslam Həmrəyliyi Oyunlarının estafetini Türkiyəyə verdi
08:57 19.05.2017
Azərbaycan İslam Həmrəyliyi Oyunlarında medalların sayına görə liderlər arasındadır (CƏDVƏL)
12:25 26.03.2017
Kikboksçumuz Xəyal Əhmədov Almaniyadan qələbə ilə qayıdır - BÖYÜK OYUN-un qalibi - Video
09:10 24.03.2017
Almaniyada beynəlxalq Kikboksinq turniri - Xəyal Əhmədov sabah döyüşəcək
09:16 09.03.2017
"Futbol sirkə, futbolçuları isə alınıb-satılan mala çevrilib"
21:23 04.03.2017
Adil Əliyev kikbokçulara və onlara dəstək verənlərə təşəkkür etdi - Açıqlama
15:14 28.12.2016
"Tank" ləqəbli peşəkar kikboksçumuz 2016-cı ili dəyərləndirdi: "Düşərli oldu"