Diqqət mərkəzi
Çinin Sinxua informasiya agentliyinin baş redaktoru Əli Həsənovla görüşüb - Nümayəndə heyəti PA-da
A
Çinin Sinxua informasiya agentliyinin baş redaktoru Əli Həsənovla görüşüb - Nümayəndə heyəti PA-da
13:40 18.09.2018
Azərbaycanda səfərdə olan Çinin Sinxua informasiya agentliyinin nazir statusunda baş redaktoru Hi Pinqin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 17-də Prezident Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ilə görüşüb.

AZƏRFAKS AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin keçmişi, bu günü və gələcəyi ilə bağlı geniş aspektli məsələlər müzakirə olunub. Xüsusən də iki ölkənin maraqlarının informasiya sahəsində təmin edilməsi, AZƏRTAC ilə Sinxuanın tərəfdaşlıq münasibətləri, gələcəkdə bu fəaliyyətin genişləndirilməsi, Çində Azərbaycan, ölkəmizdə isə Çin haqqında müxtəlif mövzularda daha çox informasiyanın verilməsi və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Söhbət zamanı, həmçinin qədim İpək Yolunun bərpasında, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsində Çinin iştirakı ilə bağlı ortaq maraqlar çərçivəsində məsələlərin dəstəklənməsində hər iki ölkənin milli agentliklərinin fəaliyyəti və digər mövzular müzakirə olunub.

Əli Həsənov Çinin nümayəndə heyətinə Azərbaycanın tarixi, bugünkü inkişafı, Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət, o cümlədən dövlətimizin başçısının Çin Xalq Respublikasına son səfəri, bu səfər çərçivəsində Çinin dövlət başçısı Si Cinpin ilə keçirdiyi görüşlər və bu görüşlərdən sonrakı vəziyyət haqqında məlumat verib.

Hi Pinq Azərbaycanda ona və nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib, bu səfərin ölkələrimiz arasında informasiya sahəsində əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Çinə son səfərindən sonra ölkələrimiz arasında münasibətlərin inkişafı daha da sürətlənib. Çin ilə Azərbaycanın beynəlxalq məsələlərdə ortaq maraqları olduğunu deyən Hi Pinq əlavə edib ki, bu baxımdan Sinxua AZƏRTAC ilə əməkdaşlığa çox böyük önəm verir. Əminik ki, bu əlaqələr ölkələrimiz arasında münasibətlərin inkişafına təkan verəcək.

Çin nümayəndə heyətinin rəhbəri, həmçinin Sinxua agentliyinin fəaliyyəti barədə ətraflı məlumat verib.

Görüşdə iki ölkə arasında informasiya sahəsində münasibətlərin digər aspektləri də müzakirə olunub.

Baxılıb: 142
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: