Diqqət mərkəzi
"Paşinyanın avantürist bəyanatı Ermənistana baha başa gələ bilər" - Elnur Eltürk
A
12:32 09.09.2018
"Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyada "Dağlıq Qarabağın Ermənistana birləşməlidir" bəyanatı gülünc ritorikadır və daxili auditoriyaya hesablanıb".

Bu sözləri diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk deyib. Onun fikrincə, təcrübəsiz siyasətçi daxildən dəstək almağa çalışır: "Nikol Ermənistanın siyasi xəttini bir zamanlar müəyyən edən Qarabağ klanını zəiflətmək xəttini tutub. Belə bəyanatlar ona lazımdır. Amma belə avantürist bəyanatların reallaşması mümkün deyil. Həm də inqilab dalğasında hakimiyyətə gələn siyasətçilər pafoslu bəyanatlar verməyi xoşlayırlar. Üstəlik, xaricdən erməni lobbisinin dəstəyini gücləndirmək istəyir"

E.Eltürk əlavə edib ki, Paşinyanı hakimiyyətə gətirən qüvvələr bu bəyanatı ona dedizdirirlər: "Xaricdəki erməni lobbisi separatçı Dağlıq Qarabağ rejiminin müstəqil və ya  Ermənistana birləşdirilməsi siyasətini fəal şəkildə dəstəkləyir. Paşinyan özü də yaxşı dərk edir ki, bu mümkün deyil. Əks-halda müharibə yenidən başlayacaq. Bu isə İrəvana baha başa gələ bilər. Onsuz da danışıqlar prosesində hələlik gözləmə mövqeyi tutan rəsmi Bakı, ordunun müasirləşdirilməsi və yeni silahların alınmasını sürətləndirib".

Baxılıb: 2017