Sosial
Qənirə Paşayeva Tovuz məktəblərində görüşlər keçirib - Foto
A
Qənirə Paşayeva Tovuz məktəblərində görüşlər keçirib - Foto
10:42 27.08.2018
Millət vəkili Qənirə Paşayeva ön cəbhə rayonlarımızdan olan Tovuzun Vahidli, Cəlilli və Düz Cırdaxan kənd orta məktəblərini ziyarət edib, müəllim və fəal şagirdlərlə görüşüb. 

Müəllimlərin fikir və qayğılarını dinləyib və fikir mübadiləsi aparan millət vəkili Qənirə Paşayeva  bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər və bu istiqamətdə müəllimlərimizin üzərinə böyük vəzifələr düşür:”Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir. Hər bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar və bu istiqamətdə müəllimlərimizin üzərinə böyük vəzifələr düşür”. 

Q.Paşayeva qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual, vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşünün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir və gənclər arasında mütaliəyə meyilliyin artması üçün hamımız birlikdə daha çox çalışmalıyıq. Millət vəkili məktəblərdə fəal gənclərlə də görüşüb, onların dərsləri, planları ilə də maraqlanıb və onlarla söhbət edib.  Gəncləri xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili Qənirə Paşayeva onları zamanlarını mənasız işlərə və ya verilişlərə, teleseriallara, şou proqramlarına ayırmamağa çağırıb. 

Millət vəkili Q.Paşayeva hər 3 kənddən ali məktəblərə daxil olan gənclərlə də görüşüb.Onları hədiyyələri ilə təbrik edən və uğurlar diləyən Qənirə Paşayeva hər bir gənclə ayrıca söhbət edib, qayğıları ilə maraqlanıb, tələbəlik illərində yüksək səviyyədə təhsil almaqla yanaşı ölkəmizin maraqlarının qorunmasında da fəal olmağa çağırıb.  Millət vəkili Q.Paşayeva Tovuzun ön cəbhə kəndi Vahidlidə müəllimləri və məktəb kollektivini Yeni Dərs ili münasibəti ilə öz hədiyyələri ilə təbrik edərək,ön cəbhəmizdə fəaliyyət göstərən məktəblərimiz və müəllimlərimizə uğurlar diləyib.
Baxılıb: 4007
Sosial bölməsinin digər xəbərləri: