Diqqət mərkəzi
Mehriban xanım Əliyevanın qazandığı sevgi və rəğbətin sirri
A
Mehriban xanım Əliyevanın qazandığı sevgi və rəğbətin sirri
10:10 27.08.2018

Qaranlıq günlərə açılan səhərləri nurlandıran İNSAN

Yaradanın yaratdığı hər varlıq bu dünyaya bir alın yazısı ilə gəlir. Ömür payında bəzən bir, bəzən bir neçə taleyin yükünü daşımalı olursan. Milyonların ömür yoluna işıq saçmağı bacardınsa, artıq seçilmiş olursan. 
Nə yaxşı ki, zaman-zaman seçilmişlərdən bizim xalqın da payına düşüb. Bu qismət Tanrı mükafatı sayılır. Yaradanın mükafatı olan bir insan haqqında danışacağıq. Onun özəl gününə özəl yazı həsr etmək çox çətindir, amma bu çətinlik şərəf verir. 

Xalqın bütün nümayəndələrinə şərəf yaşatmağı bacaran seçilmişin adı Mehriban xanımdır. Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyeva. 

Yaxşı ana, yaxşı həyat yoldaşı, yaxşı övlad olmaq asan deyil. Bir xalqın timsalında milyonlarla insanın sevgisini qazanmaq, mərhəmətli, xeyirxah olmaq, ümid aşılamaq, qayğıkeş davranmaq, təhsilin, elmin, idmanın, tibbin, mədəniyyətin hamisi kimi davranmaq, maddi və mənəvi dəyərlərin mühafizəkarı rolunda çıxış etmək, dünyada sülhün və tolerantlığın təbliğatçısı, elçisi adını qazanmaq bir qadın ömrünün zərif çiyinlərinin tab gətirə biləcəyi ağırlıqdan çox ağırdır. Məhz seçilmiş bir şəxs bu ağırlığı özünün saf qəlbi ilə işıqlı gələcəyə daşıya bilər. Mehriban xanım Əliyevanın misilsiz səviyyədə qazandığı sevgi və rəğbətin sirri də buradadır. 

Mehriban xanımın dünyada ölkəmizin müsbət imicinin formalaşmasında gördüyü işlər, müxtəlif sahələrlə bağlı həyata keçirdiyi layihələr, proqramlar və onların nəticələri göz qabağındadır. Danışmaqla qurtarmaz, yazmaqla bitməz...

Mən isə öz həyatımda rastlaşdığım kiçik bir epizodu sizə xatırlatmaq istəyirəm... Uzun illər qabaq bir qadın mənə yaxınlaşmışdı. Tək ailə başçısı olduğunu, himayəsində iki azyaşlını çətinliklə böyütdüyünü bildirmişdi və qızının hər iki ayağında əyrilik olduğundan məktəbə getmədiyini demişdi. Ardından utana-uatna belə söyləmişdi: "Qızımın ciddi ortopedik əməliyyata ehtiyacı var". 

O, danışırdı, mən dinləyirdim, ama gözlərimin qarşısından Mehriban xanımın siması çəkilmirdi. Mehriban xanımın, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xeyirxahlığı barədə oxumuşdum, çox, lap çox oxumuşdum. Qadın hönkürür, mənimsə gözlərimdə işıq parıldayırdı. Arada diksindim də, birdən bu işıq qadını çaşdırar, ona biganə olduğumu zənn edər. Cəld qadının boynunu qucaqlayıb, "Allah böyükdür, darıxma" - dedim. 

"Ay bala...". Qadının nə demək istədiyini anlamışdım. İnamı itən adamlarla yaxın təmaslarım olmasa da, kitablardakı obrazlardan tanıyırdım. İnsanlarla münasibətdə onlara daha çox ümidlərini itirməməyi tövsiyə edirəm. Ümidin itməsi, ölümün başlanğıcıdır, ona görə kimsənin bu faciəyə aparan yolda irəliləməsinə imkan verməmişəm heç zaman. Bax kitablardakı bədbəxt insan obrazının canlanması yaşanacaqdır, əgər qadına "ay bala..." kəlməsini sona çatdırmağa imkan versəydim. 

Heydər Əliyev Fondu "ay bala" deyən dillərin sahiblərinin ərk qapısı olub və bundan sonra da olacaq. Ona dedim, sənin Mehriban xanımın var. Sanki yuxudan ayıldı... Yox, yox, o bu barədə düşünmüşdü, sadəcə xarakterinə uyğun olan utancaqlığına bürünmüşdü. Məndən eşitdiyi ad sanki qadını silkələdi. Onun gözlərindəki yaşa qarışmış gülüşü məncə Van Qoq da çəkə bilməzdi. 

Aylar sonra qadınla rastlaşdıq. Övladın necə olduğunu soruşdum. Qadın Mehriban xanım Əliyevaya məktub yazdıqdan sonra onunla əlaqə saxlağını və qızının hər iki ayağından əməliyyat olunduğunu, səhhətinin yaxçılaşdığını söylədi... 

Minlərlə belə hadisə sadalamaq olar. Elədiyi, amma demədiyi yaxşılıqlar var ki, bu hadisələrə filmlər həsr etmək olar. Mehriban xanım Birinci - vitse prezident təyin olunandan sonra mətbuatda oxudum ki, Heydər Əliyev Fondu böyrək çatışmazlığından əziyyət çəkən neçə-neçə insanın tam şəfa tapmasına nail olub. 
"Bir əlin verdiyini o biri əl bilməsin". Mənəviyyat adamları xeyirxahlıqlarını bu deyimə qurban edənlərdir. Mehriban xanım könüllərdə taxt qurub, insanların ümid mənbəyinə çevrilib, dərin ehtiram və hörmət qazanıb. 

Heç istəməz ki, onun barəsində tərifli sözlər yazılsın. Bir Allah var, bir insan. Göydə O bilir, yerdə insan sağalır. İki varlığın birləşdirici missiyası rolunu şərəflə daşımaq isə Mehriban xanımın yaşam prinsipidir. 
Mehriban xanımı ifadə etmək, ona dəyər vermək üçün gözəl sözlər yazmaq, gördüyü miilsiz işləri, aldığı medalları, qazandığı ordenləri, dünyanın ən yüksək reytinqli təşkilatlarının təltiflərini saymaq azdır. Mehriban xanım özünəməxsus yüksək intellekti və mədəni dəyərləri ilə ən dəyərli olanı qazanıb - insanlarının və xalqının sevgisini.

İyirmi birinci əsrin ilk yüziliyində adını tarixə yazdıran, xalqın dilində və ürəyində əbədi olaraq sevgiylə, ehtiramla yaşayacaq əsl Azərbaycan qadını, gözəl və qayğıkeş ana, fədakar həyat yoldaşı, sevimli övlad, mərdliyin, ədalətin, xeyirxahlığın, mərhəmətin, sülhün, zərifliyin və zərafətin müasir simvolu Mehriban xanım, Tanrı Sizi qorusun, qorusun ki, insanlıq yaşasın, yaxşı əməlləriniz qaranlıq günlərə açılan səhərlərin şəfəqlərini nurlandırsın.

Millət vəkili Sona Əliyeva


Baxılıb: 4166
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: