Sosial
“Veysəloğlu” həyatımı dəyişdi, məni pozitivliyə köklədi” - Uğur hekayəsi
A
“Veysəloğlu” həyatımı dəyişdi, məni pozitivliyə köklədi”  - Uğur hekayəsi
13:04 06.08.2018
“Veysəloğlu” şirkəti məndə özünəinam hissini gücləndirdi. Burada mən ruhdan düşməməyi, nə olursa olsun, pozitivliyə köklənməyi öyrəndim. Burada böyük bir komanda var və mən çox şadam ki, belə peşəkar heyəti olan bir ailənin üzvüyəm. Düşünürəm ki, “Veysəloğlu”da çalışmağım taleyin mənə bəxş etdiyi uğurdur”.

Salmanov Xətai Məqsəd oğlu 1994-cü ildə Bakı şəhəri, Nizami rayonunda anadan olub. R.Orucova adına 109 saylı orta məktəbi bitirib. 2012 ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. 2016-cı ildə bakalavr dərəcəsi üzrə təhsilini başa vurub. Elə həmin il təhsilini magistraturada davam etdirmək üçün Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Menecment daxil olub. 2018- ci ildə Akademiyanı fərqlənmə diplomu ilə bitirib. 

Əvvəlcə anbar bölməsində mütəxəssis kimi çalışan X.Salmanova daha sonra rəhbərlik yüksək etimad göstərib: “Mənə insan resursları şöbəsində işləmək təklif olundu.  Hesab edirəm ki, mənə belə bir işin təklif olunması “Veysəloğlu” şirkətinin öz işçisinə verdiyi dəyərin göstəricisidir. Hazırda insan resursları şöbəsində biznes tərəfdaş olaraq çalışıram. Öz işimi və şirkətimi çox sevirəm. İşimdən zövq alıram. Rəhbərliyin mənə olan etimadını maksimum doğrultmağa çalışıram. “Veysəloğlu” şirkəti Azərbaycanda öz sahəsinin lider şirkətlərindəndir. Müştəri məmuniyyəti və göstərdiyi xidmət səviyyəsinə görə, "Veysəloğlu" şirkəti  brendə çevrilib. Əlbəttə, belə bir nüfuzlu şirkət mənim həyatımda və karyeramda çox böyük rol oynayır. Əminəm ki, burada topladığım təcrübə mənə istər hazırkı , istərsə də gələcək karyeramda  çox böyük rol oynayacaq".

X.Salmanov deyir ki, “Veysəloğlu” şirkətində korporativ mədəniyyətin bütün standartları tətbiq olunur: “Ümumiyyətlə, korporativ mədəniyyət hər bir şirkətin inkşafında əhəmiyyyətli rol oynayır. “Veysəloğlu” şirkətində korporativ mədəniyyət yüksək səviyyədədir. İstər kollektiv arasında olan münasibət, istərsə də müştərilərə olan münasibət yüksək səviyyədədir. Həqiqətən də “Veysəoğlu” şirkətində çox gözəl, peşəkar, mehriban kollektiv formalaşıb. Düşünürəm ki, şirkətin qazandığı uğurların əsas səbəblərindən biri də məhz düzgün qurulmuş korporativ mədəniyyət strategiyasıdır”.

Xətai iş axtarışında olan gənclərə də səslənib: “Əmək bazarında ixtisaslı, savadlı kadrlara ciddi ehtiyac var. O səbəbdən əvvəlcə öz bacarıq və keyfiyyətlərini inkşaf etdirərək ixtisaslı kadr olaraq yetişməyə çalışsınlar. Belə olan təqdirdə iş özü onları axtarıb tapacaqdır”.

Qeyd:

1994-cü ildən topdan satış mərkəzi kimi fəaliyyətə başlamış “Veysəloğlu” satış və distribüter şirkəti ilk illərində yalnız Türkiyə Respublikasından qida məhsullarının idxalı ilə məşğul olurdu. İldən-ilə inkişaf edərək, qısa müddət ərzində dövrün tələblərinə uyğun müasir texnologiya ilə təchiz olunaraq geniş ticarət şəbəkəsi qurmuş “Veysəloğlu” satış və distribüter şirkəti hazırda yüksək səviyyəli xidməti ilə seçilən müasir ticarət holdinqinə çevrilib.
Şirkətin Bakı şəhərində yerləşən mərkəzi anbarı, Cənub bölgəsini əhatə edən Salyan filialı, Qərb bölgəsini əhatə edən Mingəçevir filialı fəaliyyət göstərməkdədir. 
Baxılıb: 5354
Sosial bölməsinin digər xəbərləri: