Şou
Rusiyanın Birinci kanalı "Jara"nı nümayiş etdirəcək
A
Rusiyanın Birinci kanalı
19:45 03.08.2018
“Jara” Beynəlxalq Musiqi Festivalı Rusiyanın məşhur "Birinci kanal"ında nümayiş olunacaq.

AZƏRFAKS xəbər verir ki, bu barədə “Jara”nın sosial şəbəkədəki rəsmi səhifəsində məlumat yayılıb. Festival bu gün saat 22:30-da efirə veriləcək.

Bakı 2018-ci ilin ən əsas mədəniyyət hadisəsi kimi yadda qalan “Jara” Beynəlxalq Musiqi Festivalına artıq 3 ildir ev sahibliyi edir.

Festival Xəzərin sahilində Bakının ən gözəl istirahət məkanlarından biri olan “Sea Breeze Resort”da keçirilib.

Festivalın açılış mərasimində Alekseev, Artik & Asti, A`Studio, Brandon Stone, Burito, DoReDos, Doni, EMIN, Feduk, LOBODA, L`One, Monatik, NK, Natan, Nyusha, Aleksandr Panayotov, Aleksey Çumakov, Ani Lorak, Anna Sedokova, Artyom Pivovarov, Vremya i Steklo, Qlyuk’oza, Qradusı, Qriqori Leps, Yeqor Krid, Klava Koka, MOT, Maks Barskix, Mişa Marvin, Nikolay Baskov, Pitsa, Sergey Lazarev, Slava, Soqdiana, Sultan, Timati, Filip Kirkorov, Elina Çaqa, Yuliya Kovalçuk və digər məşhur musiqiçilərin iştirakı ilə qala-konsert keçirilib. 

Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.
Baxılıb: 3930