Diqqət mərkəzi
"Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı istənilən müsbət razılaşmanı alqışlayır"
A
13:02 27.07.2018
Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında istənilən müsbət razılaşmanı alqışlayır.

AZƏRFAKS xəbər verir ki, bunu Bakıda jurnalistlərə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

M.Zaxarova qeyd edib: "Bu problemləri ekspertlər müzakirə edirlər. Biz informasiya məsələləri ilə məşğuluq".

O bildirib ki, Azərbaycan və Ermənistan arasında görüş müxtəlif səviyyələrdə keçirilir:

"Biz hər iki tərəfin razılığa gəldiyi, konstruktiv keçirilən istənilən görüşü alqışlayırıq və ən əsası, əgər müsbət nəticələr əldə olunursa".

Baxılıb: 1679
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: