Diqqət mərkəzi
Rufiz Qonaqov: "Hər bir vətəndaş Prezidentimizə və dövlətimizə güvənir"
A
Rufiz Qonaqov:
15:41 04.07.2018
"Azərbaycan güclü dövlətdir və ölkəmizdə heç bir təxribat baş tuta bilməz . Bunu ölkəmizin düşməni də yaxşı bilir".

Son günlər ölkəmizdə yaşanan enerji və bəzi komunal çətinliklərlə bağlı Ağ yol .az -a fikirlərini bildirən Prezident yanında QHT -lərə Dövlət Dəstəyi Şurasının üzvü , BMAM sədri Rufiz Qonaqov bildirib ki, hər bir vətəndaş istənilən çətinlik və problemin həllində ilk növbədə Prezident İlham Əliyevə və dövlətimizə güvənir:

"Azərbaycan güclü dövlətdir və ölkəmizdə istənilən təxribatlar törətmək mümkün deyil .Bunu ölkəmizin düşmənidə bilir . Dünyanın hər bir ölkəsində enerji , komunal kimi problemlər , təbii fəlakətlər baş verə bilir. Bundan heç bir ölkə suğortalanmayıb . Hər gün müxtəlif ölkələrdə yüzlərlə belə hallar baş verir. Bu müvəqqəti çətinlikdə artıq arxada qalacaq. Günahkarlar sözsüz ki , cəzasını alacaq. Bu məsələlər ölkə Prezidenti ,cənab İlham Əliyevin birbaşa nəzarətindədir. Prezidentin sərəncamı ilə artıq müvafiq Dövlət Komissiyasıda yaradılıb Ən qısa zamanda Dövlət Komissiyası bununla bağlı bütün məsələlərə aydınlıq gətirəcək .Bütün vətəndaşlarımız təmkinli olmalı , sosial şəbəkələrdə hər hansı panika yayanlara inanmamalıdır. Ölkəmiz müharibə şəraitindədir və bundan istənilən təxribatlar törətmək və dezinformasiyalar yaymaq istəyənlərə şərait yaratmaq olmaz. Azərbaycan hər zaman olduğu kimi istənilən çətinliyin öhdəsindən gələn ölkədir . Ölkəmizin gücü bizi gözü götürməyənləri və düşməni narahat edir . Lakin , düşmənin arzusu ürəyində qalacaq".

Baxılıb: 3893