Diqqət mərkəzi
Prezident İlham Əliyev Mingəçevirdəki qəzanın araşdırılması ilə bağlı komissiya yaradıb
A
Prezident İlham Əliyev Mingəçevirdəki qəzanın araşdırılması ilə bağlı komissiya yaradıb
14:05 03.07.2018
Prezident İlham Əliyev “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. 

AZƏRFAKS xəbər verir ki, sərəncamda 2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verdiyi, bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yarandığı bildirilir. 

Baş vermiş qəza ilə əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb:
Baxılıb: 2855
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: