Diqqət mərkəzi
"Azkoin" Tiflis konfransından niyə imtina etdi? - AÇIQLAMA
A

10:32 22.06.2018
Böyük biznes konfransları, yeni məhsul və innovasiyalar təqdimatının təşkili sahəsində ixtisaslaşmış məşhur “Smile-Expo” şirkəti dünyanın müxtəlif ölkələrində Kriptovalyuta və Blokçeyn konfransları təşkil edərək sözügedən sahə üzrə yüksək səviyyəli mütəxəssisləri bir araya gətirir.
Buna qədər Berlində, Praqada, Parisdə, Stokqolmda, Londonda və digər böyük Avropa şəhərlərində “beynəlxalq kriptovalyuta-blokçeyn” konfransları təşkil edən “Smile-Expo” özünün növbəti tədbirini iyunun 20-də Gürcüstanın paytaxtı Tiflisdə keçirib. Bu tədbirdə də kritovalyuta sahəsində ixtisaslaşmış şirkətlər, sahənin məşhur ekspertləri iştirak ediblər. Konfransda kriptovalyuta və blokçeyn texnologiyasının inkişafı istiqamətində Gürcüstanın əldə etdiyi nəticələrə diqqət yetirilməklə yanaşı, kriptovalyuta bazarına qədəm basmağa hazır olan yeni məhsulların təqdimatına da xüsusi diqqət yönəldilib. Bununla yanaşı, blokçeyn texnologiyasının dövlət idarəçiliyində tətbiqi və kriptovalyutaların dövriyyəsini tənzimləyəcək hüquqi bazanın formalaşdırılması kimi mövzular ətrafında geniş müzakirələr aparılıb.
Diqqətçəkən məqamlardan biri odur ki, Tiflis konfransının əsas iştirakçıları sırasında Azərbaycanın milli kriptovalyuta layihəsi olan “Azkoin”in(Azcoin) də yer alacağı nəzərdə tutulubmuş. Hətta “Azkoin”nin tədbirin sponsorlarından biri olacağı da gözlənilirmiş. Lakin konfransa bir neçə gün qalmış “Azkoin” komandası nəinki sponsor olmaqdan, hətta iştirakçılıqdan da imtina edib.
Bunun səbəbləri barədə mətbuata açıqlama verən “Azkoin” - milli kriptovalyuta layihəsinin təsisçilərindən olan Adəm Allahverdiyev bildirib ki, imtina qərarı bilavasitə milli maraqlardan irəli gəlib: “Azkoin” layihəsinin təmsilçiləri bu kimi mötəbər tədbirlərə qatılmaqda maraqlıdırlar. Buna qədər biz bir neçə beynəlxalq konfransda iştirak edərək həm “Azkoin”i təqdim etmişik, həm də ölkəmizdə innovasiyaların tətbiqinə yaradılan şəraitdən, yeni texnologiyaların ayrı-ayrı sahələrə yönəldilməsi xüsusunda görülən işlərdən və təbii ki, yeni dövrün əsas çağırışlarından olan kriptovalyuta-blokçeyn texnologiyasının inkişaf etdirilməsi məqəsədilə atılan addımlardan danışmışıq. Biz sevinirik ki, blokçeyn texnologiyası və kriptovalyutalara dair keçirilən beynəlxalq konfransların iştirakçıları sırasında “Azkoin” də var. Çalışırıq ki, ölkəmizi layiqincə təmsil edək və göstərək ki, biz bütün digər sahələrdə olduğu kimi, kriptovalyuta-blokçeyn texnologiyasının tədbiqi sahəsində də birincilərdən olmaq həvəsində və gücündəyik. O ki, qaldı Tiflis konfransında iştirakçılıqdan imtina etməyimizə, bəli, biz bu tədbirdə geniş heyətlə qatılmaq niyyətindəydik. Hətta sırf Azərbaycanın adına görə konfransın sponsorlarından biri olmağa da hazır idik. Bunun üçün kommunikasiya qurulmuşdu, təşkilatçı şirkətlə detalları aydınlaşdırmağa da başlamışdıq. Onu da deyim ki, biz Tiflis konfransına baş sponsor olaraq da qatıla bilərdik. “Azkoin”nin məqsədi həm də odur ki, Azərbaycan kriptovalyuta və blokçeyn texnologiyası sahəsində regionun əsas ölkələrindən biri kimi qəbul olunsun. Odur ki, böyük konfransların təşkilində yaxından iştirak etmək əzmindəyik və Tiflis konfransına da eyni həvəs bə eyni məqsədlə qatılmaq niyyətindəyidik. Lakin son anda məlum oldu ki, təşkilatçı şirkət baş sponsorluğu “Bixtrim”in yaradıcısı, milliyətçə erməni Artur Arabyana verib. Hətta konfransda salamlama çıxışı da ona həvalə olunub. Təbii ki, biz bununla razılaşa bilməzdik. Odur ki, məsələyə sırf milli maraqlardan yanaşaraq erməninin baş sponsor olduğu konfransda iştirakdan imtina etdik”.
Məsələ ilə bağlı "Azkoin" layihəsinin digər təsisçisi Zaur Bayramov da açıqlama verib. O bildirib ki, artıq diqqəti sentyabrın 27-də Bakıda keçiriləcək beynəlxalq konfransa yönəldiblər. Z.Bayramovun sözlərinə görə, ilk dəfə olaraq Bakıda beynəlxalq kiriptovalyuta – blokçeyn konfransı keçiriləcək: “Konfransı ənənəvi olaraq “Smile-Expo” şirkəti təşkil edəcək. Təbii ki, “Azkoin” layihəsi olaraq biz də bu konfransda yaxından iştirak edəcəyik. Çox böyük ümidimiz var ki, kriptovalyuta və blokçeyn sahəsində ölkəmizdə böyük irəliləyişlər əldə olunacaq”.
AZƏRFAKS
Diqqət mərkəzi bölməsinin digər xəbərləri:
14:41 16.02.2019
"Yeni Çağ"ın rəhbəri nüfuzlu beynəlxalq mükafata layiq görüldü – “EkoAvrasya” Türk dünyasını bir araya gətirir
21:53 15.02.2019
"Onlar öz çirkin niyyətlərinə çatmayacaqlar” - Əli Həsənov
22:22 14.02.2019
Birinci vitse-prezident Gəncədə Mir Cəlal Paşayevin ev-muzeyində olub
15:16 11.02.2019
Qənirə Paşayeva Tovuzda gənclər üçün "Siqaretə yox deyək!" adlı tədbir keçirib
10:29 11.02.2019
DTX dövlətə xəyanət edən daha bir şəxsi həbs etdi
19:34 09.02.2019
Jurnalistin xanımının müraciətinə Prezidentin köməkçisi reaksiya verdi
11:52 07.02.2019
Prezident İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıda olub
10:03 07.02.2019
Vidadinin paranoyası – Belə müxalifətçilik olmur
09:31 06.02.2019
Patriarx Kirill: "Azərbaycanda yaşayan pravoslavlar heç bir narahatlıq hiss etmirlər"
09:22 06.02.2019
Prezident və birinci xanım Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə görüşüblər
20:13 04.02.2019
"Dövlətin diaspor siyasəti yeni yanaşmalar tələb edirsə, buna əməl etməliyik" - Hikmət Cavadov
11:45 03.02.2019
Tiflisdə azərbaycanlıların etiraz aksiyası keçiriləcək - Separatçı erməninin abidəsinə görə
08:53 31.01.2019
Sevincin tikdiyi torba – “Əsl müxalifət” kimdir?
11:50 29.01.2019
QHT sədri beynəlxalq təşkilatlara bəyanat ünvanladı: “Ermənistan həbsxanasında ölən siyasi məhbusa görə niyə susursunuz?”
13:56 24.01.2019
Birinci vitse-prezident Bakıda yeni doğulan üçəmlərin ailəsini sevindirdi - Göstəriş